Apple şirkətinə yaxın anonim mənbələrə istinadən Bloombergin verdiyi məlumata görə, iPad-ın üçüncü nəsil planşetləri 2012-ci ilin martında pərakəndə satışa buraxılacaq.
Jurnalistlərə görə, iPad 3 artıq istehsalata buraxılıb. Cihaz üçün komponentleri isə Apple-ın şərikləri olan Asiya şirkətləri buraxır. Planşetlərin yığılması ilə ənənəyə uyğun olaraq Foxconn Technology Group Tayvan şirkəti məşğul olur. iPad 3-ün tam gücü ilə istehsalı fevral ayında mümkün olacaq.
Bloomberg cihazın bəzi xüsusiyyətlərini aşkar edib. İpad 3-ün əvvəlki modellərdən fərqi daha yüksək ekran funksiyası, quad code və 4-cü nəsilin elementlərinin dəstəklənməsidir.(LTE)
iPad 3 şikətin həmtəsisçisi Stiv Cobsın ölümündən sonra buraxılan Apple-ın birinci mobil cihazı olacaq. Cobs iPhone 4S-in təqdimatından bir gün sonra, 5 oktyabr 2011-ci ildə ömrünün 57-ci ilində vəfat edib. Tədbirdə o iştirak etməyib.
Apple iPad-ın birinci nəslini 2010-cu ilin yanvarında , ikincini isə 2011-ci ilin oktyabrında təqdim edib. Ümumilikdə 40 milyondan çox cihaz satılıb ki,bu da kompaniyaya 23,5 milyon gəlir gətirib. // xeberler.az/Samir