Azərbaycan klaviaturasının iPad versiyası çıxıb

09-12-2014 / 09:15

iOS üçün “AZ Keyboard” Azərbaycan klaviaturasının iPad versiyası çıxıb. Məlumatı Xeberler.az saytına klaviaturanın yaradıcısı Samir Şaqavatov verib.

Məlumatda bildirilir ki, AZ Keyboard 2.1 versiyasında klaviatura düzümü iPad-ə uyğunlaşdırılıb, klaviaturaya gizlətmə və digər düymələr əlavə olunub: “Hazırda “AZ Keyboard” iPad optimizasiya olunan yeganə Azərbaycan dili klaviaturasıdır. Klaviaturanın ümumi görünüşü yaxşılaşdırılıb, Seçimlər (Options) əlavə olunub. Bəzi yeniliklər də var:  boşluq və vergül düymələrinin yeri dəyişdirilib, yazı yalnız nöqtədən sonrakı yox, ilk cümlədə və yeni sətirdə də böyük hərflə başlanır, rəqəmlər hissəsində “? !” simvollarının yeri dəyişdirilib, boşluq düyməsini basanda hərflərə keçir”.

Klaviaturanı App Store-dan bu linkdən pulsuz yükləmək olar: 

https://itunes.apple.com/us/app/azkeyboard/id930138783?ls=1&mt=8


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə