iPhone 3G mobil telefonlarının satışı başlayıb

17-07-2008 / 18:14

Bu gün, iyulun 11-də üçüncü nəsil mobil şəbəkələrdə işləyən Apple iPhone 3G mobil telefonlarının satışına başlanılıb.  

iPhone-un yeni modeli Apple rəhbəri Stiv Cobs tərəfindən iyunun 9-da təqdim edilib. Aparat şəbəkələrdə GSM/EDGE, UMTS/HSDPA standartlarının işini dəstəkləyir, həmçinin simsiz Wi-Fi (802.11b/g) və Bluetooth 2.0 şəbəkələrində işləyir. Özundən əvvəlki modeldən fərqli olaraq, iPhone 3G GPS peyk naviqasiya sisteminin inteqrasiya edilmiş qəbuledici ilə təchiz edilib. iPhone 3G-nin 8 qB yaddaşı olan modifikasiyasının dəyəri 199 dollar və 16 qB informasiya yerləşən versiyanın dəyəri 300 dollardır.  

Reuters-in yaydığı məlumata görə, multimedia aparatının ilk xöşbəxt sahibi Yeni Zelandiyadan iyirmi iki yaşlı tələbə Conni Qleduell olub. Gənc oğlanın iPhone 3G-ni ilk əldə etmək arzusu o qədər böyük idi ki, Vodafone ticarət məntəqəsinin yanında hələ telefonun rəsmi satışı başlamazdan 60 saat əvvəl növbə tutub. Telefonu almasını şərh edən Qleduell qeyd edib ki, mobil telefonun batareyasını doldurmaq, onunla bir qədər oynamaq və sonra kifayət qədər yatmaq niyyətindədir. 

Bu həftənin sonundan iPhone 3G mobil telefonu iyirmi ölkə bazarlarında satışa çıxarılacaq, ilin sonuna qədər isə onu 70 dövlət ərazisində əldə etmək olacaq. Analitiklərin proqnozlarına görə, cari ildə Apple bütün dünya üzrə iPhone 3G-nin təxminən 10,5 molyon nüsxəsini sata biləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə