Bu da iPhone 5
Yeni iPhone 5 iki nüvəli prossesora 8 MP-lik kameraya malik olacaq. Bu haqda məlumatı Bloomberg öz mənbələrinə əsasən açıqlayıb.
Məlumata görə yeni smartfon ikinci nəsil iPad kimi Apple A5 prossesoru ilə təhciz olunacaq. Yeni çip iki nüvəlidir və əlavə 512 MB əməliyyat yaddaşına malikdir. Bundan başqa 2 nüvəli PowerVR SGX543MP2 qrafik gücləndirici də əlavə olub. Bu isə yeni smartfonun proqramlarla işini 3 dəfə, qrafika ilə işini isə 9 dəfəyə qədər gücləndirəcək.
8 MP-lik kamera haqqında məlumatı Sony şirkətindən də təsdiqləyiblər. Şirkət prezidenti Howard Stringer bir müddət əvvəl Apple üçün 8MP-lik sensor və kameraların hazırlanacağını açıqlayıb.
iPhone 5 görünüşünə görə iPhone 4-ün klonu olacaq. Lakin bəzi mənbələr onun dəmir arxa korpusunun olacağı haqqında da məlumat yayıblar.
Yeni inteqrasiya və proqram təminatının da yer alacağı yeni nəsil iPhone-nun bu ilin payızında istifadəçilərə təqdim olunması planlaşdırılır...