iPhone 7 və iPhone 7 Plus təqdim edildi- Qiymətlər

07-09-2016 / 22:27

Apple çoxdandır gözlənilən yeni iPhone modelinin təqdimatını edib.

Xeberler.az bildirir ki, təqdimat mərasimi yerli saatla dünən 21:00-da San- Francisco-nun mərkəzindəki Bill Graham Civic Auditorium binasında reallaşıb.

 Apple iPhone 7 və digər məhsullarını təqdim edib.

iPhone 7 standart rənglərdən əlavə olaraq, Jet Black adlı fərqli bir rəng ilə gəlir və paslanmaz poladdan olan Apple loqosu ilə təqdim edilib.

Yeni iPhone suya və toza davamlıdır.

iPhone 7 modelində Home düyməsi yenidən dizayn edilib.

Apple gözlənildiyi kimi iPhone 7-də qulaqlıq girişini qaldırdı və yerinə Lightning girişindən bağlanan qulaqlıqlar gətirib.

iPhone 7 Retina hd ekran ilə gəlib. Ekran yüzdə 25 faiz daha parlaq, 3D Touch xüsusiyyətinə sahibdir.

iPhone 7 Plus qurğusu iki kamera - biri telefoto (bu, uzaqda yerləşən predmetlərə fokuslanmağa imkan verən obyektiv), ikincisi isə genişbucaqlı optika ilə təchiz edilib. Bundan başqa, on qat optik zuma malikdir.

Aparatın qrafikası iPhone 6 ilə müqayisədə 3 dəfə, 6s ilə müqayisədə isə 50% sürətləndirilib.

Iphone smartfonları tarixində ilk dəfə ən uzuzmüddətli işləyən batareya ilə təchiz ediliblər.

Yeni iPhone-larda AirPods adlı simsiz qulaqlıqlar hazırlanıb.

Yeni iPhone 7-nin qiyməti 649 dollardan başlayacaq,  iPhone 7 Plus isə 749 dollardan satışa təqdim ediləcək.

 

iPhone 7 və iPhone 7 Plus-un yaddaşları ikiyə qatlanaraq 32 GB, 128 GB və 256 GB olaraq satışa təqdim ediləcək.

iPhone 7 və 7 Plus ön sifarişləri 9 sentyabrda, göndərilməsi- çatdırılması isə 16 sentyabrda başlayır.

Türkiyə və Azərbaycanın adı ilkin sıralarda yoxdur.
Türkiyədə təxminən oktyabr ortasında yeni iPhone-lar satışa çıxarıla bilər
.

iPhone 7-nin yüksək performans yeni çipi - A10 Fusion ilə gəlib.
A10 fusion daha əvvəl mobil cihazlarda çalışması mümkün olmayan oyunların işlədilməsini təmin edir.

iPhone 7 və iPhone 7 Plus smartfonları dördnüvəli 64 bitlik A10 Fusion prosessoru ilə təchiz ediliblər. Yeni prosessor əvvəlkindən 40%, birincidən isə 120 dəfə sürətlidir. iPhone 7 dünyada ən sürətli smartfondur.

Aple yeni qulaqları AirPods-u da təqdim edib. Bu qulaqlıqlların 5 saat şarj ömrü var, xüsusi dizayn qutusunda şarj olur.

Qulaqcıqlar tamamilə müstəqil, yəni təkli də istifadə edilə bilir.
Apple deyir ki "cihazı tap, birləşdir" dövrü sona çatır.

Yeni qulaqlıqlar iPhone, Apple Watch və digər bütün Apple cihazlarına avtomatik olaraq bağlanır.

Apple AirPods-da W1 adında yeni bir chip infrared, toxunmağa həssaslıq kimi çox sayda xüsusiyyəti istifadə edib.

AirPod-ların qiymətləri da müəyyən oldu. Apple-ın yeni kabelsiz qulaqlıqları oktyabr ayından etibarən 159 dollardan satışa təqdim ediləcək.

Tədbirdə qeyd edilib ki, iOS 10 isə 13 sentyabrdan etibarən istifadəyə təqdim ediləcək.

Təqdimat mərasimi ilə bağlı bütün  məlumatları şəkillər ilə bərabər rəsmi Facebook səhifəmizdən izləyə bilərsiniz.

Dünənki təqdimat mərasimi:

 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə