Sentyabrda ilin ən çox gözlənilən smartfonu -iPhone 8 modelinin rəsmi təqdimatı keçiriləcək.
Xeberler.az NRYTN-nə istinadən bildirir ki, təsdiq olunmamış rəsmi məlumatlara görə, Apple şirkətinin yeni qurğusu suyadavamlı korpusla təchiz olunacaq.
Nüfuzlu insayderlər bildirir ki, iPhone 8 modelinin IP67 standartı üzrə hazırlanmasına görə yeni smartfonu qısa zaman kəsiyində bir metr suyun dərinliyinə salmaq mümkün olacaq. Ekspertlər qeyd edir ki, bu vaxt sualtı dünyanın şəkillərini çəkmək üçün kifayət edəcək. Digər məlumata görə, Apple yeni qurğunu Home düyməsi ilə təchiz etməmək qərarına gəlib.
Xatırladaq ki, iPhone 8 ilin ən çox gözlənilən smartfonu statusunu qazanıb. Dünya mobil qurğu bazarı ekspertlərinin fikrincə, smartfon buraxıldıqdan sonra satış həcminə görə bir sıra rekordlara imza atılacaq. ABŞ istehsalçısı smartfonun texniki xüsusiyyətləri barədə rəsmi məlumatlar verməyərək təqdimat ərəfəsində intriqanı son anadək saxlayır, eləcə də müasir qurğunun təxmini qiymətini açıqlamır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri