Previous Next
Bağla

Ötən ilin ən yaxşı smartfonu açıqlanıb

02-03-2017 10:22
Ötən ilin ən yaxşı smartfonu açıqlanıb

Samsung Galaxy S7 Edge smartfonu 2016-cı ilin mobil qurğuları kateqoriyasında ən yaxşı qurğu seçilib.

Belə ki, Samsung Galaxy S7 MWC konfransı çərçivəsində “2016-cı ilin ən yaxşı smartfonu” nominasiyasında birinci yerə çıxaraq “Global Mobile Awards 2017” mükafatına layiq görülüb.

“Ən yaxşı smartfon” adı uğrunda beş qurğu - iPhone 7 Plus, Galaxy S7, Google Pixel XL, Huawei P9 və Moto Z mübarizə aparıb.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki, smartfon mütəxəssislər tərəfindən korpusun dizaynı, məhsuldarlığı və fotoqrafik imkanlarına görə seçilib.

Mükafat müəllifləri bildiriblər ki, Samsung Galaxy S7 Edge qurğusunda texniki xüsusiyyətlər cəlbedici dizaynla uyğunluq təşkil edir.

Galaxy S6 edge modelindən ən yaxşı cizgiləri nümunə götürən qurğu 2560х1440 piksel təsvir ölçülü “Super AMOLED” ekran, yaddaş kartının genişləndirilməsi imkanı ilə təchiz edilməklə sukeçirməzdir.

2015-ci ildə “İlin ən yaxşı smartfonu” mükafatına iPhone 6 və LG G3, 2014-cü ildə HTC One, 2012-ci ildə Samsung Galaxy S II, 2011-ci ildə iPhone 4 layiq görülüb.

Günel

 

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə