Məlumat verdiyimiz kimi, Apple iPhone 6S və 6S Plus-un təqdimatına hazırlaşır.
Sabah Apple şirkətinin konfransı keçiriləcək. Konfransda şirkət iPhone 6S və 6S Plus təqdim edəcək.
Xeberler.az-ın xarici KİV-lərə istinadla məlumat verir ki, artıq iPhone 6S-də gözlənilən texniki parametrlər ictimaiyyətə açıqlanıb.
Qeyd edək ki, bu məlumatlar Apple şirkətinin qeyri-rəsmi mənbələrindən dünya mediasına yayılıb.
Xeberler.az iPhone 6S-də gözlənilən yenilikləri təqdim edir:
Force Touch
Force Touch texnologiyası Apple-ın ən böyük risklərindən biridir. Bu texnologiya ilə ekrana bir az daha qüvvətli basmaqla istifadəçilər fərqli bir funksiyadan istifadə edə biləcəklər. Məsələn, istifadəçi xəritədə bir yeri işarələmək istəyirsə, bu vəziyyətdə ekrana qüvvətli basmaqla bu işi avtomatik yerinə yetirmiş olacaq.
Kamera
Təqdim olunacaq İphone 6S-də 12 MP arxa kamera və 5 MP ön kamera olacağı gözlənilir. Bundan başqa 4K Ultra HD video çəkiliş texnologiyasının da olacağı iddia edilir.
Ölçüləri
Məlumatlara görə, İphone 6S əvvəlki modeldən 0,15 mm daha uzun, 0,2 mm daha qalın olacaq, amma bu dəyişiklik çox da hiss olunmayacaq.
Korpus
Şirkət ən yüngül ağıllı saatı Apple Watch idman saatının aliminium gövdəsini iPhone 6S modelində də istifadə edəcək. Bu da yeni iPhone-a həm əlavə bir yüngüllük, həm də davamlılıq gətirəcək.
Prosessor
iPhone 6S və 6S Plus yeni nəsil A9 prosessoru ilə takt tezliyi və grafik tezlikləri daha da artacaq.
RAM (Əməli yaddaş)
Apple 2012-ci ildən iPhone-larını 1 GB RAM-la təchiz etsədə, artıq iPhone 6S və 6S Plus 2 GB RAM ilə təmin olunacaq.
Touch ID texnologiyası
Apple-in son vaxtlar əldə etdiyi patentə əsasən, home düyməsi ləğv olunur. Yəni, iPhone 6S-in ön tərəfi düz olacaq. Home düyməsinin yerində isə Touch ID texnologiyasından istifadə olunacaq. Bu texnologiya ilə barmaq izi oxuyucusu daha sürətli işləyəcək.
Yeni Rəng
Yeni iPhone Rose Gold (qızıl gül) rəngində də alıcılara təqdim olunacaq.
Qeyd edək ki, iPhone 6S-in satış qiyməti də açıqlanıb.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri