Apple şirkəti iPhone smartfonlarının yeni modelinin təqdimatını sentyabrın 9-da edəcək.
Xeberler.az xarici mətbuata istinadən xəbər verir ki, təqdimatın San-Fransiskoda keçiriləcəyi bildirilir. Tədbirdə ABŞ şirkətinin iPhone smartfonu ilə yanaşı başqa qurğularının yeni versiyaları təqdim ediləcək.
iPhone 7 ilə istifadəçilərə təqdim olunacaq yeniliklərin başında “force touch” texnologiyası var. Yəni, ekrana bir az daha güclü basmaqla istifadəçilər fərqli bir funksiyadan istifadə edə biləcəklər. Məsələn istifadəçi xəritədə bir yeri işarələmək istəyirsə, bu vəziyyətdə ekrana güclü basmaqla bu işi avtomatik yerinə yetirmiş olacaq.
Həmçinin Apple şirkətinin iPad planşetinin yeni modelini də təqdim edəcəyi gözlənilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri