İphone istifadəçilərinə ciddi xəbərdarlıq

28-04-2015 / 11:10

iPhone istifadəçiləri diqqətli olmalıdır. Wi-Fi vasitəsilə SSL əlaqə yaradan iPhone telefonlarında olan proqram səhvi telefonları tamamilə istifadə edilməz hala gətirə bilir.

iPhone telefonların öz proqramları içində olan bir kod səhvi Wi-Fi şəbəkələrə qoşulmağa çalışan telefonları tamamilə istifadə edilməz hala gətirə bilir. Xüsusilə W-Fi Access Point nöqtələrindən siqnal almağa çalışarkən bu kod səhvi telefonların zibilə atılmasına belə səbəb ola bilir.

SkyCure adlı bir təhlükəsizlik şirkətinin verdiyi xəbərdarlığa görə, açıq sahələrdə ya da çoxlu paylaşma nöqtələrində Wi-Fi siqnal axtaran iPhone-ları ciddi təhlükə gözləyir. Problemin iPhone-un SSL paketinin əlaqə kodlarında olduğu bildirilir. Wi-Fi siqnal axtararkən ortaya çıxa bilir və telefonun tamamilə donmasına ya da davamlı sıfırlanmasına səbəb ola bilir. Bunun nəticəsi olaraq telefon sonsuz bir şəkildə sönüb yanır və beləliklə sistemdə aradan qaldırılması çətin olan problemlər yaranır.

   Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə