Previous Next
Bağla

İran Ermənistanın tərəqqisinə kömək edib, yoxsa Qarabağın işğaldan azad olunmasına?

23-07-2021 17:38
İran Ermənistanın tərəqqisinə kömək edib, yoxsa Qarabağın işğaldan azad olunmasına?
"44 günlük Vətən müharibəsindən sonra diqqət çəkən məqamlardan biri də bu olub ki, İran şirkətləri, İran bankları işğal altında olan ərazilərimizdə uzun illər biznes qurublar və investisiya yatırıblar. Müharibə zamanı İranın Ermənistana hərbi yardımlarına cənublu soydaşlarımızın da müqavimətini unutmamışıq".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, Ermənistan saytlarına nə zaman daxil olsa İran nümayəndə heyəti, iranlı biznes elitası bu ölkədə filan tədbir keçirdi, filan sahəyə investisiya yartırdı, biznes forumlar keçirdi və s. bu kimi məlumatlara rast gəlib:
 
"Hətta son zamanlar İran Ermənistanda "Ağıllı şəhər" qurmağı da planlayıb. Qarşıdakı aylarda keçirilməsi gözlənilən İran-Ermənistan biznez forumunda əməkdaşlığın daha da gücləndirilməsi gözlənilir.
 
Heç kim üçün sirr deyil ki, İranın texnologiyası və resursları Ermənistanın tərəqqisinə, Türkiyənin texnologiyası və diplomatiyası Qarabağın erməni işğalından azad edilməsinə kömək edib.
 
Məhz işğal məsələsinə görə Türkiyə Ermənistanla sərhəddi bağlayıb, İran isə onun tərəqqisinə kömək edib.
 
Ötən gün Prezident İlham Əliyev texniki vasitələr və peyklərlə aparılan monitorinqlər zamanı xeyli sayda xarici maşınların, o cümlədən erməni nömrəli xarici maşınların da Xankəndinə getməsinin müəyyən olunduğunu açıqlayıb. Güman ki, bunlar da elə İran maşınlarıdır".
 
Osman Gündüz bildirib ki, şeyxülislam Allahşükür Paşazadə son günlərdə verdiyi açıqlamalarda absurd bir mövqe sərgiləyərək Qarabağın işğaldan azad olunmasındakı səylərinə görə İranı və Türkiyəni tərəzinin bir gözünə, eyni cərgəyə qoymağa çalışıb.
 
"Və çox təəccüblüdür ki, Allahşükür Paşazadə daha bir absurd açıqlama verib:
 
“Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.
 
Bu cür fikirlərin, dini və ya ruhani məzmunlu deyil, daha çox siyasi yük daşıyan açıqlamaların Azərbaycanın şeyxülislamı tərəfindən səsləndirilməsi tam anlaşılmazdır.
 
Bütün dünya bilir ki, qələbəni Azərbaycan xalqı, bütün cəmiyyət, əsgər və zabitlərimiz Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşərək qazanıb. Son zamanlar şeyxülislamın ədalətsiz, açıq-aşkar iranyönümlü yanaşmalar və açıqlamalar sərgiləməsi təəssüf doğurur.
 
Eyni zamanda milli maraqlarımıza uyğun gəlməyən bu tip açıqlamaları dövlətimizə qarşı hörmətsizlik və xoşagəlməz hal hesab edirəm".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

21-04-2016

İran Fars körfəzi ölkələrinin "Starlink" stansiyalarına hücum etməyə hazırdır

01-04-2026

İranın Rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlir

01-08-2016

Məsud Pezeşkian: Azərbaycan və İran elm və texnologiya mübadiləsi üçün bir məkandır

29-04-2025

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

27-12-2016

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29-11-2016

"X" Xaməneinin səhifəsini bağlayıb

28-10-2024

"X" İran bayrağı emojisini dəyişib

12-01-2026

Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlər müzakirə edilib

08-12-2021

Ermənistan İranla birgə dron və peyk texnologiyaları istehsal edəcək?

30-01-2023

İranda internet senzura davam edir

07-11-2010

İran kosmosa ilk peykini buraxıb

03-02-2009

Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

24-02-2026

İran qlobal şəbəkədən ayrılır

10-04-2012

Prezident İranın Rabitə və İnformasiya Texnologiyaları nazirini qəbul edib

04-12-2019

İranda internet qorxusu yaşanır

13-02-2011

İranda 51 gündür internet yoxdur

20-04-2026

LG və Samsung İran şirkətləri ilə əməkdaşlığı dayandırıb

15-02-2020

Milli İnternet resurslarımıza hücumlar davam edir

03-09-2012

İran sərhəd regionunda Azərbaycan radioməkanını zəbt edib-Ekspert

02-11-2022

İran dövlət televiziyası fəaliyyətini bərpa edib

17-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə