Previous Next
Bağla

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022 15:40
Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

Azərbaycanın erməni təxribatlarına qarşı cavab tədbirləri başlayan anda, heç bir aidiyyatı olmadığı halda İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Tehranın Azərbaycan və Ermənistan arasında gərginlikdən narahat olduğunu deyərək “sərhədlərin dəyişdirilməsinin əleyhinə olduqlarını” bildirib.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Tacikistanda hərbi dronların istehsalı üzrə zavod quran İran bunu Ermənistanda da gerçəkləşdirə bilərmi?

İran rəsmiləri Ermənistanla sinxron formada fəaliyyət göstərir.

İran mediası da guya Azərbaycanın hücum etdiyini açıqlamaqla Ermənistanla müttəfiq olduqlarını bir daha göstərdilər.

Ümumiyyətlə, erməni mediasından görmək olar ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və İran arasında əlaqəlar, birgə toplantılar, birgə görüşlər, inteqrasiyalar hədsiz güclənib. Ermənistan texnologiyalar və innovasiyalar sahəsində də İranla tam işbirliyindədir. İran bu ölkədə bir neçə texnoloji mərkəzlər açıb. Ötən ay İranda Rusiya, Belarus həm də Ermənistanın iştirakı ilə dron üzrə hərbi təlimlər, yarışlar keçirilib. Cari ilin may ayında isə İran Tacikistanda hərbi dronlar istehsal edən müəssisənin açılışını edib.

Maraqlıdır ki , bu gün Ermənistan baş naziri Paşinyan parlamentdə çıxış edərkən yeni hərbi texnikaların alınmasından danışıb. İstisna etmirəm ki, İran da Rusiyanın etdiyi kimi pulsuz və güzəştli silah və hərbi texnikanı , hərbi texnologiyaları Ermənistana verməkdə maraqlıdır. Yəni, Qafanda konsulluq açan İran, İrəvanda dron zavodu açmaqdan da çəkinməz.

Son zamanlar hər iki ölkə arasındakı texnoloji iş birliklərinin güclənməsi düşünmək üçün əsas verir ki, Ermənistan öz ərazisində silah istehsalı, xüsusən dron istehsalında İran texnologiyalarından istifadəyə ciddi maraq göstərir.

Xatırlayıram ki, İkinci Qarabağ müharibəsi zamanı İran ərazisindən Ermənistana silah daşınmasını əks etdirən videomateriallar yayılmışdı. Rusiya da İran üzərindən Ermənistana silah göndərirdi.

Beləliklə, indiki durumda, İranın tələm-tələsik "qırmızı xətt" açıqlaması verməsindən görünür ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi və sərhədləri möhkəmləndirməsi onları qane etmir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ermənistan İranla birgə dron və peyk texnologiyaları istehsal edəcək?

30-01-2023

Rusiya İran ilə rabitə peykləri istehsal edəcək

27-08-2019

İran Fars körfəzi ölkələrinin "Starlink" stansiyalarına hücum etməyə hazırdır

01-04-2026

Məsud Pezeşkian: Azərbaycan və İran elm və texnologiya mübadiləsi üçün bir məkandır

29-04-2025

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

İran Ermənistanın tərəqqisinə kömək edib, yoxsa Qarabağın işğaldan azad olunmasına?

23-07-2021

Ermənistan hərbi-sənaye kompleksini yenidən qurur

16-12-2020

Azərbaycan və İran arasında fiberoptik kabel çəkiləcək

16-03-2019

İranda 51 gündür internet yoxdur

20-04-2026

İran qlobal şəbəkədən ayrılır

10-04-2012

İranın Rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlir

01-08-2016

"X" İran bayrağı emojisini dəyişib

12-01-2026

İran Azərkosmos-un peyk xidmətlərindən istifadə etmək istəyir

09-08-2015

LG və Samsung İran şirkətləri ilə əməkdaşlığı dayandırıb

15-02-2020

İranda internet qorxusu yaşanır

13-02-2011

İran radara düşməyən təyyarə buraxdı

05-02-2009

Əli Abbasov İrana niyə gedir?

17-02-2015

İranda internet kəsintisi 1000 saatdan çoxdur davam edir

11-04-2026

SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq

13-05-2026

İsrail hakerləri: İranın “SEPAH” bankına kiberhücum etmişik

17-06-2025

Twitter bir neçə İran hesabını əngəlləyib

22-07-2019

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29-11-2016

Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

24-02-2026

İranda internet senzura davam edir

07-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə