Previous Next
Bağla

İran sərhəd regionunda Azərbaycan radioməkanını zəbt edib-Ekspert

02-11-2022 21:33
İran sərhəd regionunda Azərbaycan radioməkanını zəbt edib-Ekspert

“Təbrizə yönəlik radioxidmətlər yaratmaqla İranla münasibətlərdə elə indidən ciddi nota verə bilərik".

Xeberler.az bildirir ki, bunu İranın sərhəd regionunda radioməkanımızı zəbt etməkləbağlı məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti, eskpert Osman Gündüz deyib:

“Uzun illərdi ki, İran sərhəd regionunda bizim efir məkanımızı, ümumiyyətlə radioməkanımızı zəbt edib. Yəni , bu ərazilərdə nəinki efir - radio və ya TV xidmətləri üçün, həmçinin mobil və ya hərbi yönümlü radioxidmətlər üçün İran bizə bilərəkdən maneə yaradır və üstünlüyünü qoruyur. Uzun illərdir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə zidd olaraq İran bu mövqeyindən əl çəkməyib. Və özünün bütün radiovasitələrini tam gücü ilə Azərbaycan ərazisinə istiqamətləndirib. Hətta Şəki-Balakən regionunadək İran radiovericilərinin dalğaları gəlib çatır. Əslində yalnız BTİ-nin deyil, bu istiqamətdə bizim aidiyyatı dövlət qurumlarımızın apardığı işləri də qənaətbəxş hesab etmək olmaz”.

Onun sözlərinə görə, pandemiyadan öncə Azərbaycan, İran və BTİ ilə bu istiqamətdə kordinasiya işləri aparılırdı. Yəni, mövcud beynəlxalq normalara görə sərhəd bölgəsində BTİ ekspertlərinin iştirakı ilə ölkələrin radioməkanının tənzimlənməsi nəzərdə tutulub:

 “Bunun üçün hər iki ölkə tərəfindən razılaşdırılmış kordinasiya aparılır. Lakin bildiyim qədər bununla bağlı indiyədək hansısa bir müqavilə, razılaşma olmayıb. Və İran informasiya məkanımızı, efiri, milli radioməkanı zəbt etməkdə davam edir. Bildiyim qədər, Azərbaycan BTİ-nin Radio Tənzimləmə Komitəsində bir müddət, 2020-2021-ci illərdə ümumiyyətlə təmsil olunmayıb. Lakin cari ildə, 3 oktyabr 2022-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) səyləri ilə Azərbaycan yenidən BTİ-nin Şurasına və Radio Tənzimləmə Komitəsinə üzv seçilib”.

 Ekspert hesab edir ki, tez bir zamanda bu beynəlxalq mexanizmləri işə salmaq və İranının sərhəd bölgəmizdə radiomüdaxiləsini məhdudlaşdırmaq lazımdır:

 “Paralel olaraq da, hökumət Azərbaycanın bütün sərhəd boyu radioxidmətləri gücləndirməli, yeni radiostansiyalar , TV kanallar yaratmalıdır, radioinfrastruktur qurmalıdır. Yəni, öz radioməkanımıza sahib çıxmalıyıq. Prezident İlham Əliyev İranın təhdidlərinə cavab olaraq “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” mesajını verib. DTX İran kəşfiyyatının ölkəmiz əleyhinə olan terror hərəkətlərinin qarşısını alan uğurlu əməliyyat həyata keçirib. Bütün bunlar çox ciddi mesajlardır. Bu baxımdan, düşünürəm ki, indiki şəraitidə sərhəddə Təbrizə yönələn radiovericilərin sayını artırmaq və məzmun baxımından da indiki situasiyaya uyğunlaşdırmaq, bu sahəyə indidən zəruri resurslar ayırmaq doğru olardı. Üedirəm qərar qəbul edənlərimiz baş verənlərin fərqindədir.

Sabah gec olacaq. Çünki İranın sərhəd bölgələrimizdə uzun illərdən bəri oturuşmuş radioelektron vasitələri var və bizim radioməkanımıza asanlıqla müdaxilə edirlər”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlər müzakirə edilib

08-12-2021

Ekspert: Biz nə zaman öz efir məkanımıza nəzarət edə biləcəyik?

11-06-2019

Beynəlxalq Telekommunikasiya İttifaqının mütəxəssisləri Bakıya gəlib

28-06-2022

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Ekspert: Buraxılış məntəqəsində, bir pəncərə deyil, iki pəncərə var

11-06-2019

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022

İran Fars körfəzi ölkələrinin "Starlink" stansiyalarına hücum etməyə hazırdır

01-04-2026

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

04-10-2022

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018

İran saytlarına Azərbaycandan giriş məhdudlaşdırılıb

05-11-2009

“İran və Azərbaycan arasında rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli komissiyalar yaradılacaq”

19-02-2011

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

05-11-2018

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29-11-2016

Azərbaycan bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib

14-11-2018

Azərbaycanda qanunsuz radio yayımlarının qarşısı alınacaqmı?

28-07-2023

İran MasterCard beynəlxalq ödəniş sisteminə qoşulub

15-08-2016

Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

30-08-2019

İran Starlink peyk internetini bloklayan ilk ölkədir

13-01-2026

İran Azərbaycana kanallar təqdim edə bilər

27-08-2015

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

21-04-2016

İran dövlət televiziyası fəaliyyətini bərpa edib

17-06-2025

Məsud Pezeşkian: Azərbaycan və İran elm və texnologiya mübadiləsi üçün bir məkandır

29-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə