Previous Next
Bağla

Azərbaycanda qanunsuz radio yayımlarının qarşısı alınacaqmı?

28-07-2023 09:41
Azərbaycanda qanunsuz radio yayımlarının qarşısı alınacaqmı?

Prezident İlham Əliyevin iyulun 24-də imzaladığı sərəncamla ölkə ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün ayırdığı 13,7 milyon manat maliyyə vəsaitinin istifadə ediləcəyi məlum olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyindən Xeberler.az-a bildirilib ki, sərəncam milli radioların regionlarda daha geniş yayımlanmasına şərait yaradacaq: “Hazırda radiolarımız əsasən paytaxt Bakıda cəmlənib. Bölgələrdə yayımların genişləndirilməsi üçün radioyayımçıların investisiya qoyuluşu tələb olunurdu ki, sözügedən sərəncamla dövlət bu istiqamətdə radioyayımçılara ciddi maliyyə dəstəyi göstərəcək. Eyni zamanda növbəti üç il ərzində istismar xərclərini də dövlət qarşılayacaq. Ayrılan vəsaitlə yayımların genişləndirilməsi üçün tələb olunan bütün işlər, o cümlədən yayım avadanlıqlarının alınıb quraşdırılması, yayım keyfiyyətinin artırılması üçün texniki işlərin yerinə yetirilməsi, enerji təminatının yaxşılaşdırılması və digər tədbirlər icra ediləcək. Radioyayım şəbəkəsinin genişləndirilməsi nəticəsində, həmçinin əhalinin milli radioya əlçatanlığı artırılacaq”.

Azərbaycan İnternet Forumun (AİF) Prezidenti Osman Gündüz isə hesab edir ki, dövlət başçısının sərəncamı ilə ayrılan vəsaitin aidiyyəti üzrə xərclənməsi İran və digər qonşu ölkələrin radiolarının da ölkəmizdə qanunsuz yayımının qarşısını almağa imkan verəcək: “Bu vəsait hesabına alınan texnologiya, avadanlıqlar imkan verəcək ki, o regionda olan vətəndaşlar öz milli radiolarımızı da dinləyə bilsin. Əvvəl bu imkan yox idi. İnsanlarımız ancaq o ölkənin radiolarına qulaq asa bilirdilər. Yeni və müasir avadanlıqların quraşdırılması həm əlçatanlığı, həm də gücü artıracaq. Bu baxımdan hesab edirəm ki, atılan addımlar doğrudur. İndiki dövrdə hansısa radiostansiyanın söndürülməsinin perspektivi yoxdur. Yəni, bunun dalınca düşməyə dəyməz. Bunu ancaq beynəlxalq normalarla tənzimləmək lazımdır. Bildiyim qədər ayrılan vəsait çərçivəsində qeyd olunan təkliflərə uyğun olaraq bütün Azərbaycan ərazisində 120 yeni FM radioyayım stansiyasının quraşdırılması, milli radio proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması nəzərdə tutulub. Gözləmək olar ki yalnız Bakıda əlçatan olan radiolar artıq bütün ölkə üzrə yayımlanacaq".

"Güman ki, layihəni hələlik yayım infrastrukturu sahəsində inhisarçı qurum olan Teleradio İstehsalat Birliyi icra edəcək, Dövlət Radiotezliklər İdarəsi yeni tezlik resursları ayıracaq. Düşünürəm ki, bu layihə, indiki şəraitdə vətəndaşlarımıza bütün ölkə ərazisində daha çox və keyfiyyətli radio yayımı qəbul etmə imkanının yaradılması baxımından əhəmiyyətli bir addımdır. Xüsusən də, sərhəd regionlarında yaşayanlar üçün yerli radio kanallarına da əlçatanlıq təmin ediləcək. Eyni zamanda bununla yerli radio yayımı şirkətlərinin rəqabətliliyi və dayanıqlılığı güclənəcək”.

O.Gündüz İran radiolarının ölkə ərazisində yayımlanmasına da münasibət bildirib: “Bununla bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) qayda və normaları var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi, İran, Ermənistan və Gürcüstan nümayəndələri bir stol arxasında oturub bunu çözməlidirlər. Yəni çıxış yolu öz sistemini gücləndirmək və beynəlxalq mexanizmləri işə salmaqdan ibarətdir”.

Ekspert həmçinin bildirir ki, dünya ölkələrində FM radiolara investisiyalar getdikcə azalır: "Artıq dövlətlər rəqəmsal yayımın genişləndirilməsində maraqlıdırlar. Çünki onlarda olan əksər avadanlıqlar da rəqəmsal radioyayımı qəbul etmək imkanına malikdir. Bizdə isə hələlik DAB dediyimiz bu imkan olmadığı üçün FM sahəsinə investisiya yatırılması indiki halda məqbuldur. Amma gələcəkdə rəqəmsal avadanlıqlar ölkəyə daha geniş ayaq açdıqca investisiyanı rəqəmsal radio infrastruktura yönəltmək daha doğru olardı”.

Xatırladaq ki, sözügedən sərəncama əsasən, Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə vəsait ayrılıb. Nazirlər Kabineti göstərilən tədbirlərin icrası ilə əlaqədar növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etməli, sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Maliyyə Nazirliyi isə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsinə 13,7 milyon manat ayrılıb

Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsinə 13,7 milyon manat ayrılıb

24-07-2023
Radioyayıma ayrılan 13.7 milyon manat necə xərclənəcək?

Radioyayıma ayrılan 13.7 milyon manat necə xərclənəcək?

26-07-2023
Bakı və Ağsu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsi təşkil ediləcək

Bakı və Ağsu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsi təşkil ediləcək

11-12-2024
FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

22-01-2024
“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyasıları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyasıları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

11-09-2024
“Azərbaycanda radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

“Azərbaycanda radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

11-12-2024
Azərbaycanda nəqliyyat vasitəsi bölgədən bölgəyə keçdikdə radio tezlik avtomatik tənzimlənəcək

Azərbaycanda nəqliyyat vasitəsi bölgədən bölgəyə keçdikdə radio tezlik avtomatik tənzimlənəcək

22-07-2024
Mərkəzi Aran və ətraf ərazidə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

Mərkəzi Aran və ətraf ərazidə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

12-03-2025
Azərbaycan ərazisi yaxın 4 ildə tamamilə rəqəmsal radioyayımla əhatə olunacaq

Azərbaycan ərazisi yaxın 4 ildə tamamilə rəqəmsal radioyayımla əhatə olunacaq

13-10-2023
Osman Gündüz: Rəqəmsal radio yayıma keçid nə zaman baş tutacaq?

Osman Gündüz: Rəqəmsal radio yayıma keçid nə zaman baş tutacaq?

13-12-2024
Azərbaycanda yeni radio açılır

Azərbaycanda yeni radio açılır

24-01-2024
Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

24-10-2023
Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri görüşüb

Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri görüşüb

30-08-2024
Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

26-04-2024
Zəngilanda radio və televiziya yayımı təmin olunub

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021
Xankəndidə radio-televiziya yayımı bərpa olunur

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

02-10-2023
Özəl TV və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək

Özəl TV və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək

28-12-2024
Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

14-02-2025
Prezident Avropa çempionatının yayımı üçün İTV-yə maliyyə vəsaiti ayırıb

Prezident Avropa çempionatının yayımı üçün İTV-yə maliyyə vəsaiti ayırıb

09-02-2023
10 saat teleradio yayımının dayandırılması yolverilməzdir - ekspert

10 saat teleradio yayımının dayandırılması yolverilməzdir - ekspert

11-06-2018
Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

18-11-2020
Rəqəmsal radioyayıma keçid üçün tələb olunan vəsaitin həcmi açıqlanıb

Rəqəmsal radioyayıma keçid üçün tələb olunan vəsaitin həcmi açıqlanıb

24-10-2023
 Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq

Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq

18-01-2015
Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə