Previous Next
Bağla

XRİTDX: 9 mindən çox saytda fasiləyə "Cloudflare" məsələsi kimi baxmaq yanlışdır

20-11-2025 12:46
XRİTDX: 9 mindən çox saytda fasiləyə "Cloudflare" məsələsi kimi baxmaq yanlışdır

Noyabrın 18-də 9 mindən çox yerli saytın fəaliyyətinin dayanmasına bir "Cloudflare" məsələsi kimi baxmaq yanlış olar.

Xeberler.az məlumat verir ki, bunu Bakıda keçirilən "Kibertəhlükəsizlik Günü"ndə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov bildirib.

"Böyük potensiala malik olan şirkətlərin qarşılarına qoyacaqları məqsədlərdən biri yerli məhsulların yaradılması ilə rəqəmsal süverenliyimizə dəstək olmasıdır. Bu, həm də ölkə Prezidentinin İnformasiya Təhlükəsizliyi ilə bağlı təsdiqlədiyi Strategiya ilə də qarşımıza qoyduğu əsas tapşırıqlardan biridir.

Yerli məhsulların yaradılmasının və rəqəmsal süverenliyin vacibliyini 2 gün öncəki insidentdən də hiss etdik. Bu, xüsusilə özəl sektorun xaricdən asılılığına bariz nümunə idi. ⁠Fəaliyyəti dayanan resursların içində media resurslarının da xüsusi çəkisinin olması bizi informasiya müharibəsinə hazırlıq səviyyəmizi də diqqətdə saxlamalı olduğumuza bir işarədir. Aydındır ki, lokal mühafizə həlləri ucuz başa gəlmir. Lakin dövlətimizin apardığı uğurlu siyasətin davamı olaraq bizim də həyata keçirdiyimiz informasiya təhlükəsizliyi siyasətində lokal həllərə üstünlük vermək və mühafizəni maksimal şəkildə lokal təmin etmək bizim prioritet istiqamətlərimizdəndir", - deyə o qeyd edib.

T.Məmmədovun sözlərinə görə, son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən "CloudFlare" kimi trafikin xaricə daşınması halı dayandırılıb və mühafizəsi "AzStateNet" üzərindən təmin edilib: "Ümumilikdə son 3 ildə 457 dövlət obyektinin şəbəkə təminatı "AzstateNet" üzərinə keçirilərək lokal mühafizəsi təmin olunub. Bizim həyata keçirdiyimiz sözügedən mühafizə siyasəti sadəcə internet informasiya ehtiyatları ilə bağlı deyil, bu yanaşma eyni zamanda xüsusi dövlət rabitəsində də şamil olunur. Belə ki, bugün qlobal internetə çıxışda ölkəmizdə problem yaşamış olsa əgər bütün dövlət informasiya ehtiyatları lokal olaraq fəaliyyətlərini davam etdirəcək. Eyni zamanda bütün güc strukturlarını və kritik infrastrukturları təmin etdiyimiz xüsusi radiorabitə vasitələrimiz heç bir mobil şəbəkədən asılı olmadan tam funksional bütün ölkə ərazində fəaliyyət göstərməkdədir.

Bununla yanaşı dövlət qurumlarına verdiyimiz TİMS tətbiqi də "Whatsapp" kimi aplikasiyalara alternativ kimi dövlət qurumlarında aktiv istifadə olunmaqda və xarici asılılığı minimuma endirməkdədir. Təbii ki, sadaladıqlarım həm görülən işlərin bir qismi, həm də hələdə görülməsi lazım olacaq işlərin çox az bir hissəsidir. Buradan bir daha bildirmək istəyirəm ki, yerli şirkətlərin inkişafı sadəcə onlara təsir etmir, bu həm ekosistemin inkişafına təkan verir, eləcə də bizim də dövlət qurumlarının təhlükəsizliyi üçün atacağımız bütün addımlara dolayı yolla böyük təsir göstərir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

XRİTDX: Fasilə "AzStateNet" şəbəkəsinə və gov.az domenlərinə təsir etməyib

18-11-2025

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023

Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

02-10-2023

Son dövrlər teleqram üzərindən vətəndaşlar daha çox aldadılır

05-09-2025

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

07-08-2023

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Yeni proqram təminatı İnformasiya sızmasının qarşısının alacaq

14-02-2023

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

Saxta “govaz.am” domeni dövlət qurumlarımızı hədəf aldığını göstərir

21-02-2025

Tural Məmmədov: Daxil olan kiberinsidentləri mütəmadi araşdırırıq

07-12-2024

Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb

07-02-2023

Ötən il dövlət qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı 857 bildiriş göndərilib

21-02-2025

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

02-11-2024

Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

16-03-2020

Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

28-08-2023

Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

03-09-2025

Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

10-12-2022

“İnformasiya təhlükəsizliyi” jurnalı çapdan çıxdı

04-07-2015

Kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi üçün platforma yaradılıb

06-06-2024

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012

11 ayda “AzStateNet" üzrə 751 APT kiberhücumu indikatoru aşkarlanıb

23-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə