Previous Next
Bağla

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015 12:04
ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edən vətəndaşların sayı artmaqda davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xəbərlər-ə verilən məlumata görə, bu ilin aprel ayında bu e-xidmətdən faydalanan şəxslərin sayı yanvar ayı ilə müqayisədə 40,4%, fevral ayı ilə müqayisədə 32,3%, mart ayı ilə müqayisədə isə 69,6% artaraq 14018 nəfər təşkil edib. Ötən ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə mayın 1-dək ümumilikdə 61564 nəfərə müvafiq arayışların verilməsi təmin olunub. Bununla da həmin vətəndaşların müvafiq arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə, bu proses üçün vaxt və əziyyət sərf etmələrinə ehtiyac qalmayıb.

Vətəndaşların fəal şəkildə və real vaxt rejimində yararlandıqları bu e-xidmət eyni zamanda arayışın təqdim olunduğu təşkilatlara həmin arayışlarda əksini tapan məlumatların, o cümlədən əmək haqqı barədə göstəricilərin dürüstlüyünü yoxlamaq imkanı verir. Bunun üçün e-arayışda göstərilən ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə olunur. Bu amillər kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin getdikcə sürətlənməsinə səbəb olub.

İş yerinə dair e-arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur. İstifadəçi bu arayışı istəyinə uyğun olaraq orada əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edə bilir.

Aprel ayında ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı 151020 ədəd təşkil edib.

ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 44581 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən 14018 dəfə istifadə olunub. Hər üç e-xidmət son bir ayda da əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında ilk yerləri tutub.

“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti ötən ilin ortalarından ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilməsi üçün əhalinin istifadəsinə verilib. Bu sistem “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaranmasını şərtləndirib.

Ümumiyyətlə, vətəndaşlar aprel ayında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 212512 dəfə yararlanıb.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

ƏƏSMN-in e-xidmətlərinin statistikası açıqlanıb

10-07-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı artıb

12-12-2016

İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

06-04-2016

Azərbaycanda ən çox istifadə olunan elektron xidmət hansıdır?

14-01-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə edilib

18-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə