“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015 / 16:10

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı artmaqda davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, cari ilin oktyabr ayında bu e-xidmətdən faydalananların sayı cari ilin əvvəli ilə müqayisədə 2,6 dəfə və ya əvvəlki sentyabr ayı ilə müqayisədə 13,7 faiz artaraq 25 986-ya çatıb.

“İş yerinə dair arayış” elektron xidmətindən istifadə etməklə vətəndaşlar iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün real vaxt rejimində e-arayış əldə edə bilir və bunun üçün artıq işəgötürənə müraciət olunmasına ehtiyac qalmır. Bununla da vətəndaşların həmin arayışların alınması üçün vaxt itkisinin və çətinlik çəkmələrinin, habelə kağız arayışların verilməsi zamanı müəyyən bürokratik hallara yol verilməsinin qarşısı alınır.

İşəgötürən barədə məlumatları, onun əlaqə nömrəsini, həmçinin işçinin şəxsi məlumatlarını, əmək müqaviləsinin bağlandığı tarixi və s. özündə əks etdirən bu e-arayışlar, eyni zamanda təqdim edildikləri təşkilatlar üçün daha məqsədəuyğundur. Belə ki, həmin təşkilatlar qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək, bu sənəddə əksini tapan məlumatların, o cümlədən əmək haqqı barədə məlumat əksini tapdığı halda onun düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.

Ötən ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti ölkəmizdə kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesinin sürətlənməsinə səbəb olub. Həmin vaxtdan bəri əhali bu e-xidmətdən ümumilikdə 177 750 dəfə faydalanıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə