Previous Next
Bağla

Məşğulluq altsistemi istifadəyə verilib

08-11-2019 21:33
Məşğulluq altsistemi istifadəyə verilib

Xeberler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gündən əhalinin istifadəsinə verilən “Məşğulluq” altsistemi dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verir.

Bunu nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə bağlı keçirilən mətbuat konfransında  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlinin müavini Anar Əliyev bildirib.

Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin  tapşırıqlarına əsasən, sosial sahədə aparılan geniş miqyaslı islahatların bir istiqaməti  dövlət məşğulluq xidmətlərini əhatə edir. Məqsəd dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar və müasir  texnologiyalar üzərində keyfiyyətinin və çevikliyinin artırılmasıdır. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli müvafiq Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) də bu məqsədə xidmət edən bir addımdır.

MAS-ın əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malik olduğunu  qeyd edən A.Əliyev altsistemin işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verdiyini diqqətə çatdırıb. O bildirib ki, MAS işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına da malikdir və bu baza da daim yenilənir. Beləliklə, MAS işəgötürənlər üçün də təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilməyə, nəticədə, işəgötürənlərin bu və ya digər  peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır. Vakant iş yerlərinə göndərişlərin verilməsi prosesi elektron infrastruktur üzərində aparılır ki, bu da işədüzəlmədə və işçi qəbulunda müəyyən vaxt itkisini aradan götürür, müasir iş tərzini, şəffaflığı və bu sahəyə birbaşa nəzarət  mexanizmini təmin edir.

Nazirlik yanında Dövlət Məşğuluq Xidmətinin rəisi Fuad Musayev MAS-ın üstünlükləri və məşğulluq xidmətlərinə gətirəcəyi yeniliklər barədə məlumat verib. Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov altsistemin təqdimatını edib.

Qeyd edilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi”  elektron xidmətini seçməlidirlər. Bundan sonra  “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə  “Yadda saxla” düyməsini basmalıdırlar.

İşsiz və işaxtaranlar isə “E-sosial” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq”  altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır.Bundan sonra Məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək  işə dair göndərişi təsdiq edir. Təsdiq edilmiş göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən (özünüməşğulluq və ya “İşsizin DOSTu” proqramı, yaxud peşə hazırlığı, peşəyönümü məsləhət tədbirləri və s.) birini seçmək imkanı da verilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məşğulluq altsistemində vakansiyalar üzrə göndərişlərin verilməsi e-qaydada aparılır

22-01-2020

“Məşğulluq” altsistemi vətəndaşlara məşğulluq xidmətlərinə elektron qaydada müraciət imkanı yaradacaq

04-07-2019

Məşğulluq altsistemində necə qeydiyyatdan keçmək olar?

24-04-2019

İş yerləri barədə məlumatlar elektron informasiya sisteminə daxil ediləcək

18-09-2019

“E-əmək birjası” platforması yaradılır

12-09-2020

Azərbaycanda əmək münasibətləri sistemində yenilik

05-05-2022

104 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

15-12-2022

Vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

18-04-2022

Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır

12-03-2026

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025

Məşğulluq altsistemi sığorta ödənişinin elektron qaydada təyinatına imkan verib

15-11-2019

Işçi qüvvəsinə dair tələbatın öyrənilməsi e-qaydada həyata keçirilir

18-10-2019

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

ƏƏSMN-in fəaliyyət sahələri üzrə daha 15 növdə elektron arayış xidməti yaradılır

05-03-2020

Işəgötürənlər üçün e-sorğu davam edir

28-10-2019

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018

Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim edildi

30-04-2022

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

17-09-2024

Peşə hazırlığı təşkil edilən peşə və ixtisasların sayı artırılıb

15-04-2022

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib

14-01-2019

Azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır

14-10-2024

“Əmək və məşğulluq” altsistemində yeni funksionallıq istifadəyə verilib

23-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə