Previous Next
Bağla

İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

04-11-2024 13:37
İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında ölkəmizin elmi qurumunu təmsil edib.

Xeberler.az məlumat verir ki, Asiya Elmlər Akademiyasının Baş Assambleyasının iclasını bu təşkilatın Nizamnaməsinə əsasən tədbirin keçirdiyi ölkənin – Filippin Elm və Texnologiya Akademiyasının prezidenti professor Jaime Montoya açıb. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuru Yurdusev rəhbərlik etdiyi 34 ölkənin Elmlər Akademiyalarını əhatə edən elmi qurumun üç illik fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib. Baş Assambleyanın plenar iclasında Cənubi Koreya Elm və Texnologiya Akademiyasının prezidenti professor Dohan Kim, Sinqapur Milli Universitetinin Elmi Tədqiqat Mərkəzinin direktoru professor B.Çovdari, Tokio Universiteti Araşdırma İnstitutunun direktoru Kenji Satake, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs ediblər.

Baş Assambleya çərçivəsində “Elmdə rəqəmsal transformasiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Türkiyə, Azərbaycan, Rusiya, Yaponiya, Hindistan, Malayziya, Tailand, Nepal Elmlər Akademiyaları və universitetlərinin rəhbərləri və tanınmış alimlərinin, Asiya İnkişaf Bankının və Asiya İnformasiya Agentliyinin nümayəndələrinin məzruzələri və çıxışları dinlənilib.

Sonra Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının 2027-2030-cu illər üzrə rəhbər heyətinin seçkiləri keçirilib. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının növbəti dövr üçün prezidentliyinə İndoneziya Akademiyası tərəfindən namizədliyi irəli sürülmüş professor Satryo Soemantri Brodjoneqoqonun və Malayziya Elm və Teüxnologiya Akademiyasının prezidenti professor Rofina Yasmin Othmanın namizədliyi müzakirə olunub. Səsvermənin nəticələrinə görə İndoneziyanın Elm və təhsil naziri professor Satryo Soemantri Brodjoneqoqo Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti seçilib.

Bundan başqa, Baş Assambleyanın iclasında həmçinin Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının vitse-prezidenti və altı nəfərdən ibarət İdarə
Heyətinin üzvləri də seçiliblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Filippin və Yeni Zelandiya Elm və Texnologiya Akademiyalarının prezidentləri ilə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Baş Assambleyanın iclasında Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının iclaslarından birinin Azərbaycan Milli Elmlər Akademiyasında keçirilməsi qərara alınıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025
Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022
AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

05-02-2021
Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025
Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

28-07-2022
Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025
İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017
ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları beynəlxalq  konfransda iştirak ediblər

ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

22-06-2022
TWAS müstəqil beynəlxalq təşkilatı gənc alimlərə qrant elmi-tədqiqat proqramını təklif edir

TWAS müstəqil beynəlxalq təşkilatı gənc alimlərə qrant elmi-tədqiqat proqramını təklif edir

21-05-2009
İnstitut İKT sahəsində əlaqələrini genişləndirir

İnstitut İKT sahəsində əlaqələrini genişləndirir

04-12-2015
AMEA Naxçıvan bölməsinin internet saytı hazırlanır

AMEA Naxçıvan bölməsinin internet saytı hazırlanır

22-12-2008
“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026
Nazirlik yubiley sessiyası keçirəcək

Nazirlik yubiley sessiyası keçirəcək

08-01-2015
Əli Abbasov  beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

Əli Abbasov beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

04-11-2015
İT sahəsində Azərbaycan Koreya əlaqələri genişlənir

İT sahəsində Azərbaycan Koreya əlaqələri genişlənir

03-07-2009
Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014
Azərbaycan nümayəndəsi beynəlxalq elmi-texniki konfransda iştirak edir

Azərbaycan nümayəndəsi beynəlxalq elmi-texniki konfransda iştirak edir

21-05-2009
AMEA-nın İctimai Elmlər Bölməsində süni intellektə dair məruzə dinlənilib

AMEA-nın İctimai Elmlər Bölməsində süni intellektə dair məruzə dinlənilib

04-07-2025
MEK-də yeni elektron zalın açılışı olub

MEK-də yeni elektron zalın açılışı olub

03-11-2025
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

05-03-2020
“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015
AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014
SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

26-01-2016
AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə