Previous Next
Bağla

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025 16:17
Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

Fevralın 17-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Sinqapur Milli Universitetinin professoru Sun Teck Tan və Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Henry Ong ilə görüşüb.

Xeberler.az bildirir ki, qonaqları Akademiyada görməkdən məmnunluğunu bildirən akademik İsa Həbibbəyli AMEA-nın tarixində ilk dəfə olaraq Sinqapurdan olan alimlərlə görüşün keçirildiyini bildirib. Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Asiya ölkələri ilə qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirdiklərini vurğulayan akademik İsa Həbibbəyli bu gün Azərbaycanın sözügedən regionda əməkdaşlıq etdiyi Çin, Pakistan kimi güclü tərəfdaş dövlətlər olduğunu diqqətə çatdırıb. Həmçinin Milli Elmlər Akademiyasının da Asiya dövlətlərinin akademik qurumları ilə elmi əlaqələr qurduğunu deyən akademik İsa Həbibbəyli AMEA-nın Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına (AASSA) üzv qəbul edildiyini, Çinin və Pakistanın, eləcə də Mərkəzi Asiya dövlətlərinin elmi müəssisələri ilə sıx əməkdaşlıq münasibətləri olduğunu söyləyib.

Akademik İsa Həbibbəyli elm və təhsilin, texnologiyanın güclü inkişaf etdiyi Sinqapurun akademik qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında Milli Elmlər Akademiyasının da maraqlı olduğunu vurğulayıb. Bildirib ki, Sinqapurun elm və texnologiya sahəsində təcrübəsinin öyrənilməsi və tətbiqi Azərbaycan elminin daha da inkişafına təkan verəcək.

Sonra çıxış edən Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Henry Ong və Sinqapur Milli Universitetinin professoru Sun Teck Tan təmsil etdikləri qurumlar barədə ətraflı məlumat verib, AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Sinqapur Milli Universitetində humanitar və ictimai elmlər istiqamətində də tədqiqatların aparıldığı, birgə əməkdaşlıq imkanlarının mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin azərbaycanlı tələbələrin beynəlxalq olimpiadalarda yüksək nəticələr göstərdiyi qeyd olunub, ölkəmizdə elmə, təhsilə yüksək dəyər verildiyi vurğulanıb.

Çıxışlardan sonra AMEA prezidenti qonaqlara Azərbaycan tarixinə aid kitablar hədiyyə edib.

Sinqapurlu alimlər həmçinin AMEA-nın Rəyasət Heyətinin binası və aparatın “Elektron Akademiya” şöbəsində aparılan işlərlə tanış olublar.

Görüşdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov da iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025
İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

04-11-2024
İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025
AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025
“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025
“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026
AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025
MEK-də yeni elektron zalın açılışı olub

MEK-də yeni elektron zalın açılışı olub

03-11-2025
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025
AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025
AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025
 Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023
“Suverenlik, süni intellekt və müasir şüur problemi” adlı konfrans keçirilib

“Suverenlik, süni intellekt və müasir şüur problemi” adlı konfrans keçirilib

18-03-2025
"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025
AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025
“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015
AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023
AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023
AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022
Elektron akademiya şöbəsi yaradılıb

Elektron akademiya şöbəsi yaradılıb

29-11-2023
AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017
“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024
“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

28-03-2023
AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

12-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə