Previous Next
Bağla

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025 13:04
Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli Çin riyaziyyatçısı Liu Huinin 1800 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Elm və Texnologiya Assosiasiyanın direktoru Ruan Cao və nümayəndə heyəti ilə görüşüb.

Xeberler.az bildirir ki, AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyini, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini söyləyib.

Akademik İsa Həbibbəyli Azərbaycan ilə Çinin akademik və ali təhsil müəssisələri arasında da son illərdə münasibətlərin genişləndiyini, Milli Elmlər Akademiyasının Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini bildirib. Bundan əlavə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin Tədqiqatları Mərkəzinin doktorantı tərəfindən Çin arxetipləri haqqında fəlsəfə doktorluğu dissertasiyasının müdafiə edildiyini diqqətə çatdırıb.

Bundan əlavə, Ədəbiyyat İnstitutunda Azərbaycan şairlərinin Çinə həsr olunmuş şeirlərinin toplanaraq çapa hazırlanması barədə qonağa məlumat verib.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın 80 illik yubiley yığıncağında iştirak etmək üçün ötən ay Çindən geniş nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu, həmin alimlərlə səmərəli görüşlərin keçirildiyini bildirib.

Son illərdə Akademiyada aparılan tədqiqatlar barədə qonağa məlumat verən akademik İsa Həbibbəyli bu gün humanitar və ictimai elmlərdə süni intellektin tətbiqi və rəqəmsal inkişafın təmin edilməsinin başlıca hədəflərdən olduğunu deyib.

AMEA rəhbəri Çin Elm və Texnologiya Assosiasiya ilə də əməkdaşlığın faydalı olacağını söyləyib, gələcək tərəfdaşlıq üçün təkliflərini diqqətə çatdırıb.

Sonra çıxış edən Çin Elm və Texnologiya Assosiasiyanın direktoru Ruan Cao səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Rəhbərlik etdiyi qurum barədə məlumat verən Ruan Cao AMEA və Azərbaycan alimləri ilə müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını deyib, təkliflərini dilə gətirib. Qonaq dünya şöhrətli riyaziyyatçı Liu Huinin yubileyinin Parisdə və bir sıra şəhərlərdə keçirildiyini, Azərbaycanın da yubiley tədbirinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib. Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025
“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025
“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026
AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025
AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025
AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025
İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

04-11-2024
AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025
AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023
İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025
“Suverenlik, süni intellekt və müasir şüur problemi” adlı konfrans keçirilib

“Suverenlik, süni intellekt və müasir şüur problemi” adlı konfrans keçirilib

18-03-2025
AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025
MEK-də yeni elektron zalın açılışı olub

MEK-də yeni elektron zalın açılışı olub

03-11-2025
 Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023
 AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018
“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

28-03-2023
AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

12-10-2023
"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025
Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019
Ədəbiyyat İnstitutunun saytı yenilənib

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017
AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023
AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022
AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə