Previous Next
Bağla

SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

26-01-2016 00:07
SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

Elsevier və Elmin İnkişafı Fondu SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirib.

Bu gün dünyanın tanınmış akademik nəşriyyatlarından və informasiya həllərinin təminatçılarından biri olan Elsevier əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birlikdə Azərbaycanda ilk dəfə olaraq SCOPUS Mükafatları-nı təqdim etmək məqsədi ilə tədbir və qala gecəsi keçirib.

Qeyd edək ki, SCOPUS Mükafatı Azərbaycan-2016 Elsevier-in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi tədqiqatçıların və təşkilatların səylərini dəstəkləmək üçün təşkil edilib.

SCOPUS Mükafatı Azərbaycan-2016 Azərbaycanda aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələr alan, məqalələr çap etdirən və beynəlxalq əməkdaşlıq edən qurumları, həmçinin eksklüziv akademik jurnalları önə çəkmək, Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək məqsədini daşıyır.

SCOPUS Mükafatı Azərbaycan-2016 iki istiqamət olmaqla bir neçə nominasiya üzrə nəzərdə tutulub:
• Araşdırmalar üzrə Yüksək Müvəffəqiyyət Mükafatı; 
• Elmi Jurnal üzrə Yüksək Müvəffəqiyyət Mükafatı.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat və təhsil qurumuna, həmçinin 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarları, həmçinin SCOPUS və SciVal bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunub: 

• AMEA Fizika İnstitutu;
• AMEA Riyaziyyat və Mexanika İnstitutu;
• Azərbaycan Texniki Universiteti;
• Bakı Dövlət Universiteti;
• “Applied and Computational Mathematics” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 1,041) – Fizika-riyaziyyat elmləri sahəsində qalib jurnal
• “Azerbaijan Journal of Mathematics” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 1,024) - Fizika-riyaziyyat elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında qalib 
• Journal of Language and Literature (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,79) – Sosial elmlər sahəsində qalib jurnal
• SOCAR Proceedings (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,127) – Korporativ Elmi Jurnal Yüksək Müvəffəqiyyət Mükafatı nominasiyası üzrə qalib
• Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,122) - Tibb elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında qalib 
• Xüsusi mükafatlar: Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu – Azərbaycanda elmin inkişafına verdiyi töhfəyə görə

Tədbirdə  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə,  Təhsil nazirinin müavini Ceyhun Bayramov,  Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İbrahim Quliyev Milli Məclisinin Elm və təhsil komitəsinin sədrinin müavini Bəxtiyar Əliyev, Elsevier nəşriyyatının daxil olduğu RELX qlobal şirkətlər qrupunun Korporativ əlaqələr və Asiya strategiyası üzrə direktoru Youngsuk Chi və rektorlar çıxış edib. 

Elsevier aralarında ScienceDirect, Scopus, Elsevier Research Intelligence və Clinical Key-in olduğu web bazalı, rəqəmsal həllər və The Lancet və Cell kimi məşhur nəşrləri əhatə edən təxminən 2.500 jurnal və 33.000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir. Elsevier RELX Group şirkətlərindən biridir. RELX elm, səhiyyə, hüquq və risk sektorları üçün fərqli həlləri təmin edən və dünya liderlərindən olan informasiya həlləri təminatçısıdır. 
Scopus, dünyanın ən geniş əhatə dairəli akademik verilənlər bazasıdır, bibliometrik vasitələrlə tədqiqatçıların elmi araşdırmalarının izlənilməsinə, analizinə və vizuallaşdırılmasına köməkçi olur. Elm, texnologiya, tibb, ictimai elmlər, incəsənət və humanitar elm sahələrini əhatə edər və 5.000-dən çox nəşrin 22.000-dən çox başlığını ehtiva edir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan bu xarici şirkətlə texnoloji layihələr hazırlayacaq

Azərbaycan bu xarici şirkətlə texnoloji layihələr hazırlayacaq

25-04-2018
NETTY 2016-ya ərizə qəbulu başlayıb

NETTY 2016-ya ərizə qəbulu başlayıb

16-03-2016
NETTY 2016-nın qalibləri açıqlandı

NETTY 2016-nın qalibləri açıqlandı

20-05-2016
Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022
İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012
NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021
“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

29-12-2025
Qrant müsabiqəsi elan olunub

Qrant müsabiqəsi elan olunub

30-12-2014
Əli Abbasov  beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

Əli Abbasov beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

04-11-2015
Nazir beynəlxalq jurnal əməkdaşlarını mükafatlandırıb

Nazir beynəlxalq jurnal əməkdaşlarını mükafatlandırıb

15-07-2017
MEK oxucularına “ProQuest Central” bazasından istifadə imkanı yaradılıb

MEK oxucularına “ProQuest Central” bazasından istifadə imkanı yaradılıb

10-10-2025
Azərbaycanlı elmi işçisinin nüfuzlu “Applied Energy” jurnalı ilə əməkdaşlığı yüksək qiymətləndirilib

Azərbaycanlı elmi işçisinin nüfuzlu “Applied Energy” jurnalı ilə əməkdaşlığı yüksək qiymətləndirilib

11-04-2023
İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

04-11-2024
AMEA YTP-da hərbi  layihələr üçün laboratoriya yaradılıb

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017
Təhsil Nazirliyi Thomson Reuters-lə əməkdaşlıq müqaviləsi imzaladı

Təhsil Nazirliyi Thomson Reuters-lə əməkdaşlıq müqaviləsi imzaladı

22-12-2015
Clarivate Analytics Agentliyi illik hesabatını açıqlayıb

Clarivate Analytics Agentliyi illik hesabatını açıqlayıb

28-06-2018
İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017
BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

21-08-2025
Azərbaycan alimləri Stenford Universitetinin reytinq siyahılarında

Azərbaycan alimləri Stenford Universitetinin reytinq siyahılarında

30-09-2024
Ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı əhəmiyyətli dərəcədə artıb

Ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı əhəmiyyətli dərəcədə artıb

27-01-2024
NRYTN-in dəstəyi ilə koronavirusa qarşı yeni nəşr həsr edilib

NRYTN-in dəstəyi ilə koronavirusa qarşı yeni nəşr həsr edilib

08-05-2020
“Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” mövzusunda tədbir keçirilib

“Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” mövzusunda tədbir keçirilib

27-03-2023
ScienceDirect  elmi-məlumat  bazasının təqdimatı keçirilib

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025
BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə