Previous Next
Bağla

AMEA: Süni intellekt, rəqəmsallaşma və yeni texnologiyalar elmin inkişafına ciddi təsir göstərir

23-10-2026 13:35
AMEA: Süni intellekt, rəqəmsallaşma və yeni texnologiyalar elmin inkişafına ciddi təsir göstərir

Nobel mükafatlarına həsr olunan elmi məruzələr cəmiyyətin maarifləndirilməsi ilə yanaşı, Azərbaycan elminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Xeberler.az məlumat verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında “2026-cı ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda aparılan müzakirələrdə deyib. O qeyd edib ki, Akademiyada Nobel mükafatları mövzusuna həsr olunan tədbirlərin keçirilməsi artıq ənənə halını alıb və təqdim edilən məruzələr Nobel mükafatları haqqında məlumat verməklə kifayətlənmir, eyni zamanda, müasir dünya elminin hansı istiqamətlərdə inkişaf etdiyini görməyə və elmimizin gələcək prioritetlərini bu meyillər əsasında müəyyənləşdirməyə töhfə verir.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, bu cür müzakirələr alimlərə öz tədqiqat sahələrinin inkişaf perspektivlərini müəyyənləşdirmək, beynəlxalq elmi təcrübədən yararlanmaq və yeni yanaşmaları araşdırmaq imkanı verir. AMEA prezidenti dünya şöhrətli alim, Nobel mükafatı laureatı və Akademiyanın fəxri üzvü Əziz Səncərin elmi baxışların zənginləşdirilməsindəki rolunu yüksək qiymətləndirib. AMEA rəhbəri bildirib ki, 2024-cü ildə Akademiyada keçirilən “Əziz Səncər həftəsi” çərçivəsində təşkil olunan tədbirlər və alimin Rəyasət Heyətində Azərbaycan alimləri qarşısında təqdim etdiyi məruzə müasir dünya elminin vəziyyətinin təhlili, eləcə də elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli olub.

Son illərdə Asiya ölkələri, xüsusilə Çin ilə elmi əməkdaşlığa xüsusi diqqət yetirildiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti kimi elmi müəssisələri və universitetləri ilə geniş əlaqələrin qurduğunu, səfərlərin, görüşlərin təşkil olunduğunu söyləyib. AMEA prezidenti bu çərçivədə Çin Sosial Elmlər Akademiyası ilə 2016-cı ildə imzalanmış əməkdaşlıq müqaviləsinin yenilənməsinin nəzərdə tutulduğunu, rəqəmsallaşma və süni intellektin humanitar və ictimai elmlərə nüfuz etdiyi müasir dövrdə bu əməkdaşlığın yeni istiqamətlərlə zənginləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Akademik İsa Həbibbəyli Çin universitetləri ilə elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlara da toxunub. Qeyd edib ki, Pekin Xarici Dillər Universitetinin tələbələri artıq üçüncü ildir Azərbaycanda təcrübə proqramlarında iştirak edir, Azərbaycan dili və ölkəmizin elmi-mədəni mühiti ilə bağlı biliklərini artırırlar. AMEA rəhbəri İtaliya, Albaniya, Gürcüstan, Bolqarıstan və Almaniya ilə elmi əməkdaşlığın inkişaf etdirilməsinin, birgə tədbirlərin keçirilməsinin və yeni əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, müasir dövrdə süni intellekt, rəqəmsallaşma və yeni texnologiyalar elmin inkişafına ciddi təsir göstərir. Bu səbəbdən Azərbaycan elmi beynəlxalq təcrübəni öyrənməli, dünya elminin nailiyyətlərindən faydalanmalı və həmin imkanları milli elmi potensialın inkişafına yönəltməlidir.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan elminin gələcək inkişafı ölkənin zəngin elmi ənənələrinin qorunması, müasir çağırışlara uyğunlaşma və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə sıx bağlıdır. O vurğulayıb ki, dövlət başçısının çağırışlarına uyğun şəkildə dünya elmi məkanına inteqrasiya, alimlər arasında təcrübə mübadiləsi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi AMEA-nın qarşısında duran mühüm vəzifələrdəndir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025
Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025
MEK-də yeni elektron zalın açılışı olub

MEK-də yeni elektron zalın açılışı olub

03-11-2025
Elektron akademiya şöbəsi yaradılıb

Elektron akademiya şöbəsi yaradılıb

29-11-2023
“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026
AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025
“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

28-03-2023
İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

04-11-2024
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025
“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025
AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014
AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025
AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025
 Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023
İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025
AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025
“Suverenlik, süni intellekt və müasir şüur problemi” adlı konfrans keçirilib

“Suverenlik, süni intellekt və müasir şüur problemi” adlı konfrans keçirilib

18-03-2025
AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
Azərbaycanşünaslıqdan rəqəmsallaşmaya və beynəlxalq əlaqələrə

Azərbaycanşünaslıqdan rəqəmsallaşmaya və beynəlxalq əlaqələrə

25-02-2026
AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017
AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə