Previous Next
Bağla

AMEA-nın İctimai Elmlər Bölməsində süni intellektə dair məruzə dinlənilib

04-07-2025 19:58
AMEA-nın İctimai Elmlər Bölməsində süni intellektə dair məruzə dinlənilib

İyulun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib. İclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Xeberler.az bildirir ki, iclasda Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor İlham Məmmədzadənin “Süni intellektin aktual etik problemləri” mövzusunda məruzəsi dinlənilib.

Professor bildirib ki, ölkə rəhbərinin “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi haqqında” 2025-ci il 19 mart tarixli Sərəncamı ölkəmizin inkişafında xüsusi önəm kəsb edir.

Məruzəçi diqqətə çatdırıb ki, süni intellekt fəlsəfəsi mövzusuna olan marağımız, təbii ki, bizi şüur fəlsəfəsi və süni intellekt haqqında biliklərin şüurumuz barəsində yeni bir şey öyrənməyə, etikada yeni bilik əldə etməyə imkan verə biləcəyi xüsusunda düşüncələrə gətirib çıxarıb. Alim vurğulayıb ki, varlıq, ontologiya və etika problemləri şüurun mahiyyəti barədə düşüncələr, şüur və beyin haqqında biliklər olmadan filosofun onları necə dərk etdiyi nəzərə alınmadan konseptual surətdə ifadə oluna bilməz: “Şüur fəlsəfəsi, həmçinin müasir elm fəlsəfəsi və fəlsəfə tarixinin, fənlərarası tədqiqatların, gələcəyin elm və təhsili haqqında təsəvvürlərin necə olmağının, onların (həmçinin, şüur və biliyin və s.) bir-birini necə keçdiyinin, qarşılıqlı münasibət və təsirdə bulunduğunun dərkinə gətirib çıxarır. Fəlsəfə və elmdə, təhsildə, o cümlədən bir çox müasir elmi məktəb və cərəyanların irsi və yaradıcılığında şüurun və etikanın bu cür təhlili baxımından çox şeyə yenidən nəzər salmağın vaxtı çatmışdır”.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.

AMEA-nın İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrinin 2025-ci il üzrə yarımillik elmi təşkilati hesabatları müzakirə olunub. Diqqətə çatdırılıb ki, elmi-tədqiqat müəssisələri üzrə 2025-ci ilin birinci yarısı üçün çap olunan kitabların sayı 23 (1-i xaricdə), monoqrafiyaların sayı 37 (5-i xaricdə), 449 məqalədən (107-si xaricdə), 329 tezisdən (110-u xaricdə) impakt faktorlu (Web of Science və Scopus) jurnallarında çap olunan məqalələrin sayı 20-dir. Cari ilin birinci yarısı ili üçün elmi-tədqiqat müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə müdafiə edənlərin sayı 4, elmlər doktoru hazırlığı üzrə müdafiə edənlərin sayı 3-dür.

Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına və mövcud ştat vahidi əsasında Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin bazasında İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi, eləcə də İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi şöbəsinin bazasında Rəqəmsal inkişaf və süni intellektin fəlsəfi problemləri şöbələrinin yaradılması haqqında məsələlər müzakirə olunub, AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

Rəqəmsallaşma və sosial informasiyanın inkişafı müzakirə olunub

11-02-2026

Əlyazmalar İnstitutunda 2296 nüsxənin elektron versiyası yaradılıb

09-12-2024

"AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

12-04-2025

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

05-02-2021

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

05-03-2020

ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

22-06-2022

AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirilib

06-09-2018

İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

04-11-2024

“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

28-03-2023

Şərqşünas alim VIII Rusiya Fəlsəfə Qurultayında məruzə edib

30-05-2022

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025

Şərqşünas alim qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsini məruzə edib

02-05-2025

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə