Sosial şəbəkələr üzərindən hesab açmalarına və paylaşım etmələrinə icazə verilməyən terror təşkilatı İŞİD Mark Zuckerberg və Twitter-in CEO-su Jack Dorsey-i təhdid edib.
Facebook ve Twitter üzərindən aktiv olmaq üçün dəfələrlə yeni hesab açan və buradan öz fəaliyyətlərini yaymaq istəyən İŞİD nümayəndələrinə qarşı hər iki şirkət rəhbəri mübarizə elan etmişdi.
CEO-lar elan etmişdi ki, İŞİD-lə bağlı olan hər hansı hesab aşkar edilən kimi ləğv olunacaq.
Twitter bu günə qədər 120 mindən çox istifadəçinin hesabının bu səbəbdən bağlandığını açıqlamışdı. Facebook da da bu səbəblə milyonlarla hesabı blok etmişdi.
Terror qrupu buna cavab olaraq Zuckerberg və Jack Dorsey-i açıq hədəf alan video yayımlayıb.
“Flames of the Supporters” adı ilə yayımlanan videoda hər gün yüzlərlə terrorçunun hesabının bağlanıldığı deyilir. İŞİD bunu özlərinə yaraşdırmadıqlarını elan edərək CEO-ları təhdid edib:
“Siz bir hesab silirsiniz, biz 10 hesab açırıq. Yaxın zamanda saytlarınızı bağlayacağıq və silinən saytlarınız kimi sizin də adlarınız silinəcək”.
İŞİD-ə yalnız CEO-lar deyil, internetin ən tanınmış haker qruplarından olan Anonymous də müharibə elan edib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri