Previous Next
Bağla

Azərbaycan şirkətlərinin internet resurslarına kimlər hücum edib?

23-07-2016 13:16
Azərbaycan şirkətlərinin internet resurslarına kimlər hücum edib?

Bu gün APA-da yayımlanan məlumatlara görə, özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən Team System Dz Nürgün Group şirkətlər qrupunun tərkibinə daxil olan bir sıra şirkətləri və Rəvan Sığorta ASC -nin internet resursunu hədəfə alıb.

Belə ki, şirkətlər qrupunun bir sıra müəssisələrinin internet saytlarında hakerlərin "I love the Caliphate State Islamic country" şüarı və təhdid dolu mətn yerləşdirilib. Bundan başqa, saytlarda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib. Bütün saytlarda yerləşdirilən mətn və video eynidir.

Haker qrupu Facebook səhifəsində hücuma məruz qalan şirkətlərin rəsmi internet səhifələrinin siyahısını açıqlayıb: www.nissan.az, www.kyoto.az, www.vegastar.az, www.revansigorta.az, www.dongfeng.az, www.dfmc.az, www.beyazsud.az, www.besscoffee.az, www.bess.az, www.airfresh.az.
İndiyədək də bu resurslar işləmir və fəaliyyətlərini bərpa etmək mümkün olmayıb.

Xeberler.az olaraq hadisənin baş  vermə səbəbi, bu hücumu törədənlərlə bağlı Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüzlə söhbət etdik.

Osman Gündüz məlumatı təsdiqləyib və qeyd edib ki, həqiqətən də beynəlxalq miqyasda tanınan yerli şirkətlərimizə  hücum olub.

O,  həmin qrupun  dağıdılan  7-8 saytın adlarının artıq bəlli olduğunu və  bu hadisənin milli internet resurslarımız  üçün çox ciddi  təhlükə olduğunu vurğulayıb:

Hadisəni törədənlərə  gəlincə isə ekspert hesab edir ki, indiki məqamda bu yalnız şirkət rəhbərliyi və hüquq-mühafizə orqanları ilə birlikdə araşdırıla və dəqiqləşdirilə bilər:

“Saytların hansı qurum tərəfindən dağıdılması yalnız araşdıma ilə müəyyən edilə bilər. Ola bilər ki, həmin qrup  özlərini şübhəli  göstərmək üçün İŞİD adından istifadə edib. Şirkət rəhbərliyi və hüquq -mühafizə orqanları araşdıra  bilər ki, hücum hansı ünvandan, hansı serverdən, hansı ölkədən olunub ”. AİF rəhbəri baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etməyin vacib olduğunu diqqətə çatdırıb.

Ekspert vurğulayıb ki, bu, normal hadisə deyil. Bunun üçün də şirkətlər bu məsələdə daha diqqətli olmalıdır:

“Qlobal aləmdə tanınan Azərbaycanın milli resurslarına eyni anda bu cür hücum ciddi problemdir. Belə hallarla tez-tez rastlaşırıq. Ona görə də şirkətlər bu məsələdə daha diqqətli olub, monitorinq aparmalı  və yeni təhlükəsizlik xidmətləri təqdim etməldir”.

Osman Gündüz  həmçinin qeyd edib ki, Azərbaycanda qeyri-dövlət sektorunun internet resurslarının təhlükəsizliyinə nəzarət edən Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir və  bu kimi məsələlərə diqqət etməlidir.

Ekspert hesab edir ki, bu hücumla bağlı  Mərkəz açıqlama verməyib. Onun sözlərinə görə, görünür, araşdırma da aparmayıblar.

Ekspert belə hücumlardan qorunmaq, profilaktiki tədbirlər görmək üçün Elektron Təhlükəsizlik Mərkəzi internet resurs sahibləri ilə birgə zəruri tədbirlər görməlidirlər.

Rəvan Sığorta ASC Nurgün şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərir.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hücuma məruz qalan və dağıdılan rəsmi İnternet reurslarının siyahısı

Hücuma məruz qalan və dağıdılan rəsmi İnternet reurslarının siyahısı

16-01-2012
Saytlara edilən haker hücumu hansı qurum araşdırmalıdır?

Saytlara edilən haker hücumu hansı qurum araşdırmalıdır?

17-01-2018
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
Milli İnternet resurslarımıza hücumlar artacaq

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015
Azərbaycan saytlarına erməni xakerlərin yeni hücumu

Azərbaycan saytlarına erməni xakerlərin yeni hücumu

30-06-2015
Kiberhücumlarla əlaqədar Elektron Təhlükəsizlik Xidmətinin məlumatı              

Kiberhücumlarla əlaqədar Elektron Təhlükəsizlik Xidmətinin məlumatı             

09-08-2022
Dövlət qurumlarının və bələdiyyələrin rəsmi internet resurslarının Monitorinqi davam edir

Dövlət qurumlarının və bələdiyyələrin rəsmi internet resurslarının Monitorinqi davam edir

23-02-2009
AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015
Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015
Ekspert: "VPN"lərdən istifadə bu şəxslər üçün təhlükəsizdir

Ekspert: "VPN"lərdən istifadə bu şəxslər üçün təhlükəsizdir

16-10-2020
Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

20-02-2025
Yerli qəzetlər və xəbər portalları niyə haker hücumu qarşısında acizdir?

Yerli qəzetlər və xəbər portalları niyə haker hücumu qarşısında acizdir?

02-12-2009
Azərbaycanın və Türkiyənin internet resurslarına hücum oluna bilər

Azərbaycanın və Türkiyənin internet resurslarına hücum oluna bilər

22-04-2015
Dövlət Xidmətindən İcbari Sığorta Bürosuna kiberhücumla bağlı açıqlama

Dövlət Xidmətindən İcbari Sığorta Bürosuna kiberhücumla bağlı açıqlama

20-06-2022
ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022
Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015
“Azercell” abunəçilərinə xəbərdarlıq edib

“Azercell” abunəçilərinə xəbərdarlıq edib

24-01-2025
Azərbaycanda sığorta haqqında ilk analitik portal fəaliyyətə başlayıb

Azərbaycanda sığorta haqqında ilk analitik portal fəaliyyətə başlayıb

07-11-2008
"Azercell" sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı açıqlama yayıb

"Azercell" sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı açıqlama yayıb

04-02-2026
Kibercinayətkarlığa kim cavabdehdir?

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019
Nə üçün saytlara təhlükəsizliyin təmin edilməsi üçün vəsait ayrılmır?

Nə üçün saytlara təhlükəsizliyin təmin edilməsi üçün vəsait ayrılmır?

01-08-2012
Azərbaycanda şirkətlər niyə kiber hücuma məruz qalır?

Azərbaycanda şirkətlər niyə kiber hücuma məruz qalır?

09-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə