Twitter Soundcloud-a 70 milyon yatırım edir

15-06-2016 / 15:21

Twitter onlayn musiqi platforması Soundcloud-a yatırım edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Twitter-in qurucularından olan və şirkətin CEO-su olaraq çalışan Jack Dorsey rəsmi olaraq bu məlumatı təsdiqləyib.

Re/Code-un məlumatına görə, nə Twitter, nə də Soundcloud yatırımın məbləği ilə bağlı məlumat paylaşmayıb.

Lakin şirkətə yaxın mənbələr bu rəqəmin 70 milyon dollar olduğunu deyib.

Bununla da Twitter rəqəmsal musiqi sektorunda özünü sığortalamış oldu.

Qeyd edək ki, Apple Music və Spotify-ya rəqib olan olan Soundcloud-un maliyyə problemləri var. Xüsusilə müstəqil sənətçilər üçün çox əhəmiyyətli bir platforma olan xidmətin qlobal olaraq 175 milyon üzvü var.

Twitter-in bu sərmayəsi  gələcəkdə SoundCloud ilə ortaq böyük işlər görəcəyindən xəbər verir.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə