Previous Next
Bağla

Dövlət qurumlarının sosial şəbəkə hesabları araşdırıldı

27-07-2018 17:31
Dövlət qurumlarının sosial şəbəkə hesabları araşdırıldı

Bu gün sosial şəbəkələr məlumat əldə etmək vasitələri arasında həm auditoriya, həm də operativlik etibarı ilə ön cərgədə qərarlaşır. Artıq hər kəs istəyir ki, xəbərləri bilavasitə sosial şəbəkələrdən əldə etsinlər. Çünki sosial şəbəkələr harada olsaq da ən azından internet olan hər bir məkanda, telefonlarda bizimlədir. Yəni, sosial şəbəkələrdə yayımlanan məlumatlar TV, radio, yaxud qəzet kimi xüsusi bir saat tələb etmir. Eyni zamanda, oxunulan xəbər hər hansı bir rəsmi qurumun sosial şəbəkə hesabından yayımlanmağı isə məlumata daha çox inam qazandırır. Belə olan halda vətəndaşlar həmin qurumu aktiv fəaliyyətdə olan orqan kimi qiymətləndirir. Çünki onlar baş verənlərlə bağlı anındaca həmin orqanların sosial şəbəkə hesablarında məsələyə münasibət bildirdiklərini görürlər. Amma ola bilər ki, hansısa dövlət qurumunun sosial şəbəkə hesabı var, lakin hesab lazım olduğu qədər aktiv deyil.

Xeberler.az AzadInform.az-a istinadən dövlət qurumlarının sosial şəbəkələrdə hansı formada təmsil olunduqlarını bilmək üçün aparılan araşdırmanı təqdim edir:

Nazirlər Kabineti heç bir sosial şəbəkədə təmsil olunmur.

Xarici İşlər Nazirliyi Facebook, Twitter, Youtube və İnstagram vasitəsilə xəbərlərini mütəmadi olaraq yayımlayır. Fəaliyyətini aktiv hesab olaraq qiymətləndirmək olar.

Daxili İşlər Nazirliyi Facebook sosial şəbəkə hesabı üzərindən xəbərlərini yayımlayır. Az müddətdə olsa da qurumun artıq İnstagram hesabı da fəaliyyət göstərir. Buna baxmayaraq, Facebook-da daha aktiv fəaliyyətə nəzərə çarpır.

Dövlət Təhlükəsizlik Xidməti XİN-dən yalnız Youtube hesabının yoxluğu ilə geridə qalır. Dövlət orqanı digər 3 sosial şəbəkədə isə aşağı səviyyədə təmsil olunur.

Müdafiə Nazirliyi mütəmadi olaraq Facebook, Twitter, Youtube üzərindən, əsasən də cəbhədə baş verən hadisələri və bu kimi digər xəbərləri yayımlayır. Hesabın fəaliyyəti aktivdir.

Ədliyyə və Müdafiə Sənayesi Nazirliklərinin heç bir sosial şəbəkədə hesabları yoxdur.

Maliyyə Nazirliyi yalnız Facebook sosial şəbəkə vasitəsilə xəbərlərini yayımlayır. Dövlət qurumunun bir sosial hesabı olduğuna baxmayaraq, aktiv şəkildə fəaliyyət göstərir.

Vergilər Nazirliyi həm sosial hesablar etibarı ilə, həm də aktivlik səviyyəsinə görə XİN-dən heç də geri qalmır. Hər iki qurumun sosial şəbəkələrdə vəziyyətini eyni sırada yerləşdirmək olar.

İqtisadiyyat və Sənaye Nazirliyinin sosial hesabları Facebook və Twitter üzərindəndir. Fəaliyyətlərini isə qənaətbəxş hesab etmək olar.

Fövqəladə Hallar Nazirliyi Facebook və Youtube sosial şəbəkələrində təmsil olunur. Qurumun sosial hesablarda fəaliyyəti çox da aktiv səviyyədə deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də xəbərlərini Facebook, Twitter, Youtube və İnstagram vasitəsilə yayımlayanlardandır. Sosial şəbəkə hesablarının fəaliyyəti isə qənaətbəxşdir.

Kənd Təsərrüfatı Nazirliyi ƏƏSMN-dən İnstagram hesabının yoxluğu və fəaliyyətinin zəifliyi ilə geridə qalır. Sosial şəbəkələrdə aktivliyi aşağı səviyyədədir.

Mədəniyyət Nazirliyinin sosial hesabları Facebook və Twitter üzərindəndir. Hesablarda aktivliyi isə olduqca zəifdir.

Təhsil Nazirliyi də Facebook, Twitter, Youtube və İnstagram vasitəsilə mütəmadi olaraq xəbərlərini yayımlayır. Bundan başqa, rəylərdə yazılan sorğular cavablandırılır. Qurumun sosial hesablarda aktivliyi yüksəkdir.

Səhiyyə Nazirliyinin Facebook və Twitter hesabı olsa da aktivlik çox aşağı səviyyədədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də sosial hesab vəziyyəti Səhiyyə Nazirliyindəki ilə eynilik təşkil edir.

Energetika Nazirliyi Facebook, Twitter və Youtube sosial şəbəkələrində təmsil olunur. Qurumun sosial hesabının aktivliyi isə qənaətbəxşdir.

Gənclər və İdman Nazirliyi də Energetika Nazirliyi kimi hər 3 sosial şəbəkədə fəaliyyət göstərir. Aktivlik səviyyəsi isə yaxşı kimi qiymətləndirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız Facebook-da sosial hesaba malikdir. Gün ərzində aktivliyi isə çox yüksək səviyyədədir.

Dövlət İmtahan Mərkəzinin sosial hesablarında vəziyyət Təhsil Nazirliyi ilə eynilik təşkil edir. Qurum hər bir hesabında mütəmadi olaraq sorğuları cavablandırır. 

Maliyyə Bazarlarına Nəzarət Palatası yalnız Facebook sosial şəbəkəsində təmsil olunur. Dövlət orqanının aktivlik səviyyəsi isə aşağıdır.

Dövlət Gömrük Komitəsinin sosial hesabları Facebook və Youtube üzərindəndir. Qurumun sosial şəbəkələrdə fəaliyyəti isə zəif kimi qiymətləndirilir.(AzadInform.az)

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

04-11-2021

Nar sosial media mükafatına layiq görülüb

14-02-2017

“Youtube”- da azərbaycanlıların payı açıqlandı

02-05-2015

Azercell bir daha sosial şəbəkələrdə lider oldu

04-08-2016

“Sosial şəbəkələrə giriş bərpa olunacaq” - Binəli Yıldırım

04-11-2016

İnstagram Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

05-01-2019

Facebook sosial şəbəkəsində ciddi problemlər yarandı

27-01-2015

Aktiv Facebook istifadəçilərinin sayı azalıb

02-03-2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi canlı yayıma start verir

09-10-2019

FarmVille Twitter-i geridə qoydu

04-12-2009

Bu şirkət pulla sosial şəbəkələrdə dost tapır

12-10-2009

Ekspertdən təklif – Facebook və YouTube bazaları Azərbaycana gətirilsin

14-02-2019

Azərbaycanda hansı sosial şəbəkə daha məşhurdur?

04-06-2014

YouTube 210 siyasi kanalı niyə bağladı ?

23-08-2019

Facebook və Twitter yüzlərlə istifadəçinin profilini niyə silib ?

20-08-2019

Aparıcı sosial şəbəkələrin adı açıqlandı

24-08-2015

Facebook reklamdan nə qədər qazanır?

12-04-2011

Facebook istifadəçilərinin sayı azalıb

03-05-2015

İŞİD Facebook və Twitter-in rəhbərini təhdid etdi

27-02-2016

Azercell-dən növbəti uğur

30-10-2017

Facebook 500 milyon saxta hesabı silib

22-05-2018

Facebook İnstaqramı 1 milyard dollara alacaq

10-04-2012

Sosial şəbəkələr terrora dəstək verir

13-11-2014

Nazirliklərin aylarla yenilənməyən səhifələri-Araşdırma

19-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə