Məlumat verdiyimiz kimi, Bakıda STEP IT Academy - kompüter akademiyası yaradılıb.
Prezident İlham Əliyev bu gün akademiyada görülən işlərlə tanış olub.
“Akademiya İKT sektoru üçün beynəlxalq standartlara uyğun mütəxəssis hazırlayacaq”.
Xeberler.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili yeni yaradılan akademiyaya münasibət bildirərkən deyib.
Deputat deyib ki, dünyanın 16 ölkəsində 41 filialı , 600 müəllimi, 20 min tələbəsi və 80 min məzunu olan, 17 ildir fəaliyyət göstərən STEP İT Akademiyanın (İKT üzrə) Bakıda filialının açılması ölkəmiz üçün böyük hadisədir:
“Azərbaycan Prezidentinin akademiyaya diqqəti ölkəmizdə qeyri-neft sektoru üçün mütəxəssis hazırlığına xüsusi qayğının göstəricisidir”.
Tahir Mirkişili hesab edir ki, akademiya İKT sektoru üçün beynəlxalq standartlara uyğun mütəxəssis hazırlayacaq və Azərbaycanda İKT sektorunun iqtisadiyyatın digər sahələrinə müsbət təsirinin artmasını təmin edən mərkəzlərdən olacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri