Previous Next
Bağla

Deputat: Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq

23-12-2022 11:08
Deputat: Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq

"Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə böyük vergi və sosial güzəştlər tətbiq ediləcək, Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq".

Xeberler.az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, bütün bunlar "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb: “Burada həm İKT şirkətlərinə, həm də bu şirkətlərdə çalışan mütəxəssislərə güzəşt edilməsindən söhbət gedir, yəni iki yanaşma var. Hazırda şirkətlər (hüquqi şəxslər) 20 % dərəcə ilə mənfəət vergisi, fərdi sahibkarlar (fiziki şəxslər) isə 20 % dərəcə ilə gəlir vergisi ödəyir. Rezident şəhadətnaməsi alaraq “sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi” fəaliyyəti ilə məşğul olanlar həmin vergilərdən tam azad ediləcək. Bu sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin isə aylıq gəlirindən vergi isə gələn il yanvarın 1-dən 3 il müddətində 8 min manata qədər olduqda 0 %-lə, 8 min manatdan çox olduqda 5 %-lə, 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində 5 %-lə tutulacaq".

"Digər mühüm dəyişiklik yenə İKT şirkətlərində çalışan şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları ilə bağlıdır: “Hazırda onlar 25 % dərəcə ilə məcburi dövlət sosial sığorta haqqı ödəyir. Yeni yanaşma bundan ibarətdir ki, onlara seçim hüququ verilsin. İşçi ödənişi olduğu kimi davam etdirə, yəni mövcud qanunvericiliyə uyğun olaraq 25 faiz dərəcə ilə sosial vergi ödəyə bilərlər, yaxud hər il yanvarın 15-ə qədər ərizə ilə müraciət edib, minimum əmək haqqının 4 misli qədər olan hissədən məcburi dövlət sosial sığorta haqqı ödəmək şansı əldə edə bilərlər. Hazırda minimum əmək haqqı 300 manatdır, onun da 4 misli 1200 manat edir, yəni 1 200 manatdan sosial sığorta haqqı ödəyə bilərlər. Bu, daha çox maaşı 1 200 manatdan yuxarı olanlara əlverişli olacaq. Çünki İKT mütəxəssislərinin böyük qrupunun aylıq maaşı 1 200 manatdan çoxdur. Bu o deməkdir ki, könüllü formada məcburi dövlət sosial sığorta haqqını daha az ödəmək mümkün olacaq", - deputat qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, əcnəbilərin və yaxud vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi lazım olmayacaq, onlar məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər.

"Qonşu ölkələrdə bunların bir qismi tətbiq olunur. Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, Ukrayna və Belarus arasında ölkəyə İKT mütəxəssisi cəlb olunması üçün böyük rəqabət var. Vergi qanunvericiliyi ən çox tətbiq olunan stimullaşdırma vasitəsidir. Amma bizim tətbiq etmək istədiyimiz dəyişikliklər ən yaxşısıdır”, - T.Mirkişili əlavə edib.

REPORT

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

24-01-2023
Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

19-12-2022
Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

27-12-2022
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

01-03-2023
"Azərbaycan İKT sahəsində ən əlverişli vergi mühitinə sahib ölkə olacaq"

"Azərbaycan İKT sahəsində ən əlverişli vergi mühitinə sahib ölkə olacaq"

20-12-2022
"Azərbaycanda 20 minə yaxın İKT mütəxəssisinə ehtiyac var"

"Azərbaycanda 20 minə yaxın İKT mütəxəssisinə ehtiyac var"

20-12-2022
Texnologiyalar parkına rezidentlik nə qazandırır?

Texnologiyalar parkına rezidentlik nə qazandırır?

10-02-2023
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara daha bir güzəşt

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara daha bir güzəşt

12-01-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

24-01-2023
İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023
Nağdsız hesablaşmalarla bağlı qanun layihəsi hazırlanıb

Nağdsız hesablaşmalarla bağlı qanun layihəsi hazırlanıb

14-12-2016
Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

15-12-2023
İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

26-11-2024
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin vergi öhdəliyi nədir?

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin vergi öhdəliyi nədir?

24-05-2023
İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

27-12-2022
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

16-12-2024
Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

17-06-2026
Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

19-08-2025
Instagram və Facebook vasitəsilə xidmətlər göstərəndə vergi ödəməlidir?

Instagram və Facebook vasitəsilə xidmətlər göstərəndə vergi ödəməlidir?

01-03-2023
Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

21-01-2025
İnformasiya və rabitə sahəsində orta aylıq əmək haqqı daha yüksək olub

İnformasiya və rabitə sahəsində orta aylıq əmək haqqı daha yüksək olub

14-06-2016
“Fərdi qeydiyyata alınanların sayı 3 milyonu ötüb”

“Fərdi qeydiyyata alınanların sayı 3 milyonu ötüb”

24-07-2015
Sosial şəbəkələrdə reklam xidməti göstərənlərin vergi öhdəliyi varmı?

Sosial şəbəkələrdə reklam xidməti göstərənlərin vergi öhdəliyi varmı?

28-09-2019
DSMF onlayn sorğunun nəticəsini açıqlayıb

DSMF onlayn sorğunun nəticəsini açıqlayıb

17-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə