Previous Next
Bağla

İT akademiyada 200 nəfərdən 15-i pulsuz oxuyacaq- Fotolar

16-09-2016 19:26
İT akademiyada 200 nəfərdən 15-i pulsuz oxuyacaq- Fotolar

Məlumat verdiyimiz kimi, 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan IT STEP Akademy- kompüter akademiyası yaradılıb.

Bir neçə gün öncə Prezident İlham Əliyev də akademiya ilə tanış oldu.

Bu gün isə yeni mərkəz geniş ictimaiyyətə təqdim edilib.

Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimində Təhsil Nazirliyinin nümayəndələri, deputatlar, İT şirkət rəhbərləri, media nümayəndələri və bloqerlər iştirak edib.

Mərasimdə İT akademiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev xatırladıb ki, IT STEP Akademiyası 17 ildir fəliyyət göstərir   və hazırda dünyanın 17 ölkəsində 44 filialı var:

Onun sözlərinə görə, akademiyada 3 ixtisas sahəsi - Kompüter qrafikası və dizayn, Proqram təminatı, Şəbəkə texnologiyaları və sistem inzibatçılığı” üzrə mütəxəssislər hazırlanır:

"Tədris prosesi 1900 akademik saatdan ibarətdir və 2 il yarım çəkir. IT STEP-i bitirən müdavimlərə diplomla yanaşı, Cisco Microsoft və Autodesk şirkətlərinin sertifikatları da verilir”.

Famil Mustafayev bildirib ki, Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2 min  100 şəxs təhsil ala bilər:

"Hazırda IT STEP-də təhsil almaq üçün 210 nəfər sənəd verib, ilin sonunadək bu rəqəmin 500 nəfərə çatacağı gözlənilir. Bundan başqa, 2018-ci ilədək bu say maksimuma çatdırılacaq".

O, həmçinin əlavə edib ki, akademiyada təhsil əsasən ödənişli olacaq:

"Lakin qarşılıqlı danışıqlara görə, peşə təhsili sistemində oxuyanların bir qismi pulsuz təhsil almaq imkanına sahib olacaqlar. Təxminən 200 nəfərdən 15-i pulsuz oxuyacaq. Tədris prosesi isə nəzərdə tutulan qrup sayı tamamlananda başlayacaq".

Nazilik rəsmisi onu da deyib ki, elektronika ilə bağlı yaxın zamanda beynəlxalq layihəyə də başalayacaqlar.

Qeyd edilib ki, akademiyada 17 kompüter sinifi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili deyib ki, bu gün həyatımızı İKT olmadan təsəvvür etmək qeyri-mümkündür.

Onun sözlərinə görə, artıq hər bir sahədə texnologiyaların imkanlarından istifadə edilir. Bu da o deməkdir ki, 5 il əvvəl ilə müqayisədə İKT artıq bir sektor deyil:

“Bu gün İKT hər bir sahədə əlavə dəyər yaradan sahəyə çevrilir. Bu, artıq kiçik sektor olmaqdan çıxıb. Dünyada bu sahə sürətlə inkişaf edir. Azərbaycanda da İKT-yə dövlət tərəfindən böyük diqqət ayrılır. Ölkəmizdə bu sahədə böyük potensial var. Məlumdur ki, hazırda dünyada 4-cü sənaye inqilabı baş verir. Yəni, ənənəvi peşə sahələri aradan qaldırılır. Belə bir məqamda dünyada məşhur olan akademiyanın Azəbaycanda yaradılması müsbət haldır”.

Millət vəkili deyib ki, bu gün dünyada ən çox tələb olunan iş yerlər proqramçılıq, mühəndislik kimi texnoloji sahələrdir.

Tahir Mirkişili qed edib ki, bizdə də bu sahələrə yüksək məvacib verilir və ən çox tələb edilən sahələrdəndir:

“ Bu, dünyanın hər yerində belədir. Bu sahələrin böyük prespektivliyi var. .Bu gün Azərbaycan iqtisadiyyatı yenidən qurulub, qeyri-neft sektoru proritet seçilib. Ölkədə dərin islahatlar gedir. İndiki dövrdə iqtisadiyyatda aparıcı qüvvə insan amildir. İnsan amilinin də inkişaf etdiyi sahə İKT-dir. İKT də ideya olmadan mümkün deyil. İdeyada da yaxşı təhsil ilə formalaşır. Bu baxımdan dünayda məşhur olan bir şirkətin Azərbaycanda da fəaliyyətə başlaması bütövlükdə Azərbaycanın iqtisadiyyatında böyük rol oynayacaq”.

Lenovo şirkətinin Azərbaycan nümayəndiliyinin rəhbəri Rasim Bəxşi deyib ki, Azərbaycanda da İKT son dövlər kifayət qədər inkişaf edir:

“ Bizim vaxtımızda belə ixtisaslaşmış müəssisələr yox idi. Proqramçılıqla balaca bir qruplarda məşğul olurduq. Bəzən bizə çətin olurdu. İndi sevinirəm ki, Azərbaycanda ixtisaslaşmış müəssisə yaradılır. Həmçinin, dünya təcrübəsi olan şirkətin ölkəmizdə də fəaliyyətə başlaması müsbət haldır. Bundan başqa, onlar hazır proqramla gəliblər. Bu da böyük amildir. Bu sahə o qədər sürətlə inkişaf edir ki, bəzən biz mütəxəssislər də yenilikləri qaçırda bilirik. Ona görə də, belə müəssisələrin yaranması yaxşıdır ki, uşaqlarımız daim bu yeniliyin içində olacaq. Biz də təcrübələrimizi onlarla bölüşərək gələcəkdə ölkəyə fayda verə bilmələrini təmin edəcəyik”.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Davamlı iqtisadi inkişaf innovativ ideyalar üzərində gerçəkləşə bilir”

19-09-2016

“İT akademiya beynəlxalq standartlara uyğun mütəxəssis hazırlayacaq”

14-09-2016

Bakıda yeni İT akademiya açılır-Video

13-09-2016

Yeni yaradılan İT akademiyaya qəbul necə aparılacaq?-Qiymətlər

16-09-2016

"Azərbaycanda 20 minə yaxın İKT mütəxəssisinə ehtiyac var"

20-12-2022

Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

14-10-2016

Texnologiyaların inkişafı insanlara iş sahəsində nə vəd edir?

03-02-2017

GoldenPay və STEP IT Academy arasında əməkdaşlıq barədə memorandum imzalanıb

17-03-2021

"Azərbaycan İKT sahəsində ən əlverişli vergi mühitinə sahib ölkə olacaq"

20-12-2022

Sumqayıtda İnformasiya Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb

19-05-2009

Nazir müavini: "Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var"

19-12-2022

Bakı Kompüter Peşə Liseyi yaradılıb

05-10-2015

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019

AzerTelecom və STEP Kompüter Akademiyası memorandum imzalayıb

17-07-2018

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd edilib-Foto

11-05-2017

Müəllimlərin qiymətləndirilməsi elektron formada aparılacaq

23-10-2015

Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

04-08-2017

Nazir: Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür

20-11-2024

Mühəndis-pedaqoji heyətin nəzərinə

07-10-2017

Nəhəng xarici İT şirkətləri Azərbaycana cəlb olunacaq

03-11-2016

İlham Əliyev: İKT növbəti illər üçün prioritet olmalıdır

29-05-2012

YAP-ın deputatlığa namizədlər siyahısında İKT sahəsinin təmsilçisi də var

16-09-2015

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İKT LAB ilə əməkdaşlıq imkanlarını genişləndirir

19-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə