“İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək

20-11-2013 / 11:19
Noyabrın 22-də “Microsoft-Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda “İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək. Məlumata əsasən, seminar İT direktorları, mütəxəssisləri və layihə menecerləri üçün nəzərdə tutulub.
 
Tədbir çərçivəsində “Microsoft-Azerbaijan” şirkətinin strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev seminar iştirakçılarına “Office 365” məhsulu barədə ətraflı məlumat verəcək, bu məhsulu harada istifadə etmək, onun aktivləşdirilməsi və sazlanması haqqında danışacaq.
 
Eyni zamanda, Q.Mirzəyev “Office 365 Demo” versiyasını nümayiş etdirəcək. Seminar Azərbaycan dilində keçiriləcək. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə