Microsoft Azerbaijan və GT Solutions şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda maliyyə təşkilatlarında çalışan informasiya texnologiyaları və təhlükəsizliyi üzrə mütəxəssislər üçün nəzərdə tutulmuş "BULUD texnologiyalarına əsaslanan Məlumat Hesablama Mərkəzi, rəqabət qabiliyyətli iş mühiti və mobil qurğuların təhlükəsiz idarə edilməsi” mövzusunda seminar keçirilib.
Bu barədə Xeberler.az –a şirkətdən məlumat verilib.
Məlumatda qeyd edilib ki, seminar müxtəlif kommersiya bankları, sığorta şirkətləri, bank olmayan kredit təşkilatları və maliyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarını təmsil edən 40 nəfər mütəxəssisin iştirakı ilə baş tutub.
Seminarda Microsoft Korporasiyasının Mərkəzi və Şərqi Avropa ofisindən xüsusi dəvət olunmuş bulud texnologiyalarına əsaslanan Məlumat Hesablama Mərkəzi üzrə ekspert Tarmo Tikerpaye (Tarmo Tikerpäe), Office 365 və CRM Online üzrə ekspert Robertas Tamosaitis (Robertas Tamosaitis), yeni nəsil informasiya təhlükəsizliyi həlli olan Enterprise Mobility Suite və “Advanced Threat Analytics” üzrə ekspert Tomas Kibirkstis (Tomas Kibirkstis) və Microsoft Azerbaijan-ın əsas tərəfdaşlarından olan GT Solutions şirkətinin nümayəndələri müvafiq mövzularda təqdimatlar edib.
Microsoft Korporasiyasının Mərkəzi və Şərqi Avropa ofisinin Azərbaycan da daxil olmaqla 24 ölkəni əhatə edən Korporativ müştərilər və tərəfdaşlar üçün Microsoft həlləri üzrə ekspertlər komandasının rəhbəri Vinsent Ceyms (Vincent James) cari iqtisadi durumda dünyada hər bir şirkətin maliyyə məsrəflərini azaltmağa, rəqabətdə üstün olmağa çalışdığın və buna nail olmaq üçün müasir bulud həllərinə üstünlük verdiyini bildirib.
Tədbir iştirakçılarına yeni nəsil məlumat hesablama mərkəzi (Datacenter) və “ağıllı” bulud həlləri barədə danışan Tarmo Tikerpaye Microsoft-un BULUD həllərinin dünyada 700-ə yaxın maliyyə institutunda uğurla tətbiq olunduğun və ümumilikdə istifadəçilərin sayının 3 milyon nəfərə çatdığını qeyd edib.
Ekspert müstəqil auditorlar tərəfindən yoxlanaraq PCI DSS Level 1, ISO/IEC 27018:2014, ISO/IEC 27001/27002:2013, FISC, UK G-Cloud və s. sertifikatlarla informasiya təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənmiş Microsoft Azure BULUD həllinin müxtəlif maliyyə institutları tərəfindən ehtiyat məlumat mərkəzi, sınaq mühiti, ehtiyat nüsxələrin uzun müddətli saxlancı və s. kimi istifadə edildiyini iştirakçıların diqqətinə çatdırıb, müvafiq müştərilərdən nümunələr göstərib.
Office 2016 tətbiqlər paketindəki yeniliklər haqqında məlumat verən ekspert eyni fayl üzərində birgə işləmək, dərhal ünsiyyət saxlamaq və s. kimi 70-ə yaxın yeni imkanların olduğunu vurğulayıb.
Qeyd edək ki, Microsoft-un BULUD həllərindən (Office 365, Azure, InTune, Enterprise Mobility Suite və s.) hazırda Azərbaycanda fəaliyyət göstərən 275-dən çox müəssisə səmərəli, fasiləsiz və təhlükəsiz şəkildə istifadə edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri