B.EST Solutions və Avropa Elektron İdentitet Assosiasiyası Azərbaycan və Avropa arasında sərhədlərarası mobil identitet xidmətlərinin tətbiqinə dair layihəyə başlayır.
Xeberler.az-ın məlumatına görə, bu günlərdə Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasının (ARİTA) üzvü seçilmiş B.EST Solutions şirkəti assosiasiya ilə birgə Azərbaycan və Avropa arasında sərhədlərarası mobil identitet xidmətlərinin tətbiqinə dair yeni layihəyə başlayır. Sözügedən layihənin icrası Azərbaycanın "Asan İmza" mobil elektron imza texnologiyasının Avropa rəqəmsal mühitində tanınması ilə nəticələnəcək. Bu barədə "B.EST Solutions" şirkətinin Assosiasiyanın bazar ertəsi Brüsseldə yaydığı press-relizinə istinadən məlumatında qeyd edilir.
ARİTA sədri Con Şamanın sözlərinə görə, assosiasiyanın əhatəli şəbəkəsi və geniş imkanları sayəsində B.EST Solutions şirkəti bu istiqamətdə daha səmərəli fəaliyyət göstərmək məqsədilə Avropa rəqəmsal identitet bazarının əsas iştirakçıları ilə əməkdaşlıq qura biləcək. Qeyd etmək lazımdır ki, B.EST Solutions şirkəti artıq Avropa rəqəmsal məkanında mobil ID və imza xidmətinin inteqrasiyası üçün mümkün sahələrin araşdırılmasına başlayıb. Bu baxımdan xüsusilə cəlbedici istiqamətlər arasında Avrozona daxilində təhlükəsiz sərhədlərarası rəqəmsal identitet texnologiyasının tətbiqini və istifadəsini nəzərdə tutan "Stork 2.0" və "FutureID" layihələrini qeyd etmək mümkündür.
Hollandiyanın nüfuzlu The Paypers nəşri qeyd edir ki, Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyası öz növbəsində mobil identifikasiya və imza sahəsində Azərbaycanın təcrübəsindən yararlanacaq.
B.EST Solutions şirkətinin fəaiyyəti başlıca olaraq dövlət və özəl sektorda elektron idarəetmə sistemləri üçün effektiv həllərin hazırlanması, eləcə də rəqəmsal identitet və elektron imza xidmətlərinin göstərilməsi üzərində qurulub. Azərbaycanda "Asan İmza" mobil elektron imza texnologiyasını tətbiq edən şirkət ölkədə elektron hökumətin yaranması və inkişafında rolu olan əsas iştirakçılardan biridir.
1987-ci ildə yaradılmış və baş ofisi Brüsseldə yerləşən ARİTA Avropa regionunda vahid rəqəmsal bazar konsepsiyasının təşviqi məqsədilə öz üzvləri, dövlət təşkilatları və qanunverici orqanlar arasında fəaliyyəti koordinasiya edən nüfuzlu Avropa beyin mərkəzidir. Assosiasiyanın üzvləri olab təşkilat və şirkətlər rəqəmsal identitetin idarə edilməsi, onlayn autentifikasiya, RFID, smart-kartlar, biometrik texnologiyalar və digər sahələrdə fəaliyyət göstərir. Hər il ARİTA tərəfindən dünyanın aparıcı ekspertləri və innovatorlarının da iştirak etdiyi onlarla tədbir təşkil edilir ki, bu sırada Trust in Digital World (TDW) və Information Security Solutions Europe (ISSE) konfranslarını qeyd etmək mümkündür.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri