Previous Next
Bağla

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017 10:32
Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

 Brüsseldə Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assossiasiyasının (EEMA) təşkilatıçılığı və Avropa Komissiyasının dəstəyilə 19-cu Beynəlxalq Konfrans və "The Future of Digital Security and Trust - ISSE 2017” sərgisi keçirilir.

Xeberler.az-ın məlumatına görə, sərginin əsas mövzuları  slektron mühitdə informasiya təhlükəsizliyi məsələləri üzrə bu qabaqcıl Avropa müstəqil çoxdisiplinli platformada etibarlı xidmətlər, elektron identitet, bulud və mobil təhlükəsizlik, böhranlı infrastrukturlar, gizliliyin idarə edilməsi və verilənlərin qorunması, biometrik əlavələr, tənzimləyici və hüquqi məsələlərdir.

Konfransın işində iştirak edən təşkilatların siyahısına Microsoft, Deloitte, Mcafee, SAP, PwC, Deutsche Telekom, IBM kimi dünya miqyasında tanınan şirkətlər, eləcə də  Avropa Komissiyasının, ABŞ və Avropanın nüfuzlu ali məktəb müəssisələrinin nümayəndələri daxil olub.

Qeyd olunan sahələrdə ən aktual məsələləri müzakirə edən özəl sektor və dövlət təşkilatlarından olan dünya ekspertləri, novatorlar konfransın işində iştirak edir və gələcək proqram təminatlarının qurulacağı təhlükəsiz rəqəmsal identifikasiya təkamülü haqqında auditoriyanı məlumatlandırırlar. 

 “Asan İmza” mobil identitet və gücləndirilmiş elektron imzanın Azərbaycan mərkəzinin operatoru olan B.EST Solutions şirkətinin rəhbəri xanım Yana Krimpe ISSE 2017 konfransında əsas məruzəçi kimi çıxış  edib.

 Krimpe “Mobil identitet – Rəqəmsal Ticarət Qovşağı və etibarlı elektron xidmətlər üçün təhlükəsizlik açarıdır” adlı məruzəni təqdim edib.

Bu məruzə vasitəsilə konfrans iştirakçıları “Asan İmza”, eləcə də innovativ dövlət startapı kimi Rəqəmsal Ticarət Qovşağı ilə tanış ola bilib.

 Bu gün “Asan İmza” mobil identitet və imza xidməti dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz şəkildə əlyetərlilik imkanı təqdim edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur.

Konfrans iştirakçıları Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən Azexport.az portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri haqqında məlumat əldə edib.

Günel 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

B.EST Solutions Azərbaycanı Avropada tanıdacaq- Yeni layihə

26-07-2016

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

“Asan İmza” Avropanın nüfuzlu müsabiqəsinin finalında

14-06-2016

Asan İmza İdentitet üzrə seminarda müzakirə olunub

14-06-2019

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

Аsan İmza e-ID beynəlxalq forumunda təqdim edilib

23-09-2019

İKT yeniliklərimiz ABŞ-da təqdim edilib

03-05-2018

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016

Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

27-09-2018

ASAN imza nüfuzlu mükafata layiq görülüb-Foto

10-05-2017

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

28-09-2016

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

ASAN imza Polşa hökumətinə təqdim olunub

11-05-2017

Asan İmza Estoniyanın eID Forumunda təmsil olunmuşdur

20-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə