Previous Next
Bağla

Asan İmza İdentitet üzrə seminarda müzakirə olunub

14-06-2019 14:02
Asan İmza İdentitet üzrə seminarda müzakirə olunub

Ötən həftə, Böyük Britaniyanın paytaxtı Londonda, Accenture şirkətilə birgə əməkdaşlıqda Dünya İqtisadi Forumu tərəfindən Rəqəmsal İdentitet, Güvən və Dəyər" mövzusunda seminar təşkil olunmuşdur. 

Xeberler.az bildirir ki, rəqəmsal sahə, korporativ strategiya və biznes sektorunun rəhbərləri identifikasiya ilə bağlı məsələləri araşdırmış, problemləri səsləndirmiş, qabaqcıl təcrübələrilə bölüşmüş və sahələrlərarası və daxili əməkdaşlıq üçün imkanları müəyyənləşdirmişdilər. Görüşün əsas məqsədi gələcək rəqəmsal identitet və müştərilərlə əlaqələrin öyrənilməsi, eləcə də sahələrarası və sektorlararası imkanların və problemlərin aşkar edilməsindən ibarət olmuşdur. Tədbirdə düşünülmüş rəqəmsal identitet modeli - rəqəmsal identitet sahəsinin rolu və tendensiyasını nəzərə almış, səhiyyə, maliyyə xidmətləri, mobillik, pərakəndə ticarət və dövlət xidmətləri kimi iqtisadi inkişaf sahələrində əsas məsələləri əhatə etmişdir.

Konfransda identitet sahəsində nüfuzlu şəxslər iştirak etmişdir. Bunların sırasında Böyük Britaniyanın Dövlətin rəqəmsal identiteti üzrə direktoru Liza Barrett; Rəqəmsal identitet məhsulları üzrə Baş vitse-prezident Çarlz Uolton, Mastercard; Hitachi şirkətinin Baş rəqəmsal direktoru Ram Ramakander; Omiyard Networks şirkətinin rəqəmsal identitet üzrə direktoru Teya Anderson; Avropa Komissiyasında ezam olunmuş milli ekspert, strateq Karlos Homes Munyo; Cambridge Blockchain şirkətinin Baş icrasçı direktoru Metyu Kommons; Open Data, Amazon Web Services-in rəhbəri, dövlət sektoru - Ced Sandvol; Saymon Uilkoks - Avtomatlaşdırma və innovasiyalı tranformasiya, Heathrow, eləcə də Dünya İqtisadi Forumu, Accenture nümayəndələri və ekspertlərini qeyd etmək olar. “Asan İmza” mobil identitetinin operatoru hesab edilən B.EST Solutions şirkətinin təsisçisi və direktoru, Milli İdentitetlərin Qlobal İttifaqının (GANMI) həmsədri olan Jana Krimpe rəqəmsal
identitet və digər nümayəndələrlə etibarlılıq məsələlərini müzakirə etmişdi. Xanım Krimpe, Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən tək nümayəndə idi ki, onun da fəaliyyəti bütün dünyada yüksək qiymətləndirilən milli rəqəmsal identitetin fəaliyyətini fəal şəkildə yüksəldir. Azərbaycan mobil rəqəmsal identitet və onun müxtəlif dövlət və özəl sektorun elektron xidmətlərə inteqrasiyasında dünyanın aparıcı yerlərindən birini tutur, bura eyni zamanda “Asan İmza”nın Azərbaycan Respublikasının Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommukasiya Mərkəzi tərəfindən hazırlanmış dövlət-özəl sektorda əməkdaşlıq prinsipinə əsaslanan Azexport.az portalına inteqrasiyası da daxildir.

2017-ci ilin əvvəlindən başlayaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə xarici ticarət prosedurlarının genişləndirilməsi və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı qismində Azexport.az portalının gücləndirilməsi məqsədilə əlavə tədbirlər görülür. Belə ki, Azərbaycanın dünya üzrə bütün konsulluqları və diplomatik nümayəndəliklərinə Azərbaycanda işləmək və ya ölkənin iqtisadiyyatına sərmayə qoymaq istəyən xarici vətəndaşlara mobil rezidentlik – mobil identifikasiyanın elektron sertifikatlarını (“Asan İmza”) təqdim etmək səlahiyyətləri verilmişdir. Azərbaycan mobil rezidentlik layihəsini həyata keçirən ilk ölkə, dünyada reallaşdırılan elektron rezidentlik layihəsi üzrə Estoniyadan sonra ikinci ölkədir.

B.EST Solutions dünya üzrə bir çox konfranslarda, sammitlərdə və forumlarda iştirak etmişdir. Əsas məqsəd isə «Made in Azerbaijan» Asan İmza innovativ məhsulunu bütün dünyada tanıtmaq və onu qabaqcıl təcrübəyə daxil etməkdən ibarətdir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Аsan İmza e-ID beynəlxalq forumunda təqdim edilib

23-09-2019

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

Asan İmza Estoniyanın eID Forumunda təmsil olunmuşdur

20-09-2018

Asan İmza dünyada ilk mobil rezidentlik layihəsi oldu

07-09-2018

Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

04-10-2019

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016

B.EST Solutions Azərbaycanı Avropada tanıdacaq- Yeni layihə

26-07-2016

Asan İmza mobil elektron imza layihəsi ən innovativ nümunə kimi qəbul edilib

13-11-2018

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

“Asan İmza” Avropanın nüfuzlu müsabiqəsinin finalında

14-06-2016

İT şirkət rəhbərimiz dünyanın 100 nüfuzlu şəxsi siyahısındadır

07-02-2018

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016

“ASAN İmza” Ümumdünya Görüşü-2021 mükafatına namizəd olub

18-03-2021

İKT yeniliklərimiz ABŞ-da təqdim edilib

03-05-2018

Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

27-09-2018

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

28-09-2016

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

16-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə