“Kapital Bank” gələn ildən “Birbank”ın təhlükəsizliyi ilə bağlı yeniliklər edəcək.
Xeberler.az bildirir ki, bunu keçirilən mətbuat konfransında bankın İdarə heyətinin üzvü, baş risk inzibatçısı Cavid Mirzəyev deyib.
O bildirib ki, son dövrlərdə Kibertəhlükəsizlik Tədqiqat və İnkişaf Şöbəmizin apardığı araşdırmalara əsasən, ölkədə hakerlər tərəfindən müştərilərimizin telefonlarına zərərli tətbiqlərin yüklənməsi və bu səbəbdən BirBank hesablarının ələ keçirilməsi hallarına rast gəlinib.
Bu cür dələduzluq ssenariləri ilə üzləşən müştərilər maliyyə itkiləri ilə qarşılaşırlar. Belə halların qarşısını almaq və müştərilərin telefonlarına zərərli tətbiqlər yüklənsə belə, BirBank hesablarına müdaxilənin qarşısını almaq məqsədilə təhlükəsizlik nəzarətləri son dərəcə təkmilləşdirilib. Bu yeniliklərin 2025-ci ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır: “Bundan əlavə, bank məhsullarının təhlükəsizliyinin təmin olunması istiqamətində də bir sıra tədbirlər həyata keçiririk və bu sahədə 3 əsas istiqamətə fokuslanırıq: Bank tərəfindən yazılan kodun təhlükəsizliyinin təmin olunması, bankın serverlərinin əməliyyat sistemi səviyyəsində təhlükəsizliyinin təmin olunması, eləcə də bankın məhsullarının və infrastrukturunun manual qaydada təhlükəsizliyinin təmin olunması. Qeyd edim ki, bu istiqamətlərdə təhlükəsizlik addımlarının atılması həm bankımızı maliyyə itkilərindən qoruyur, həm də müştərilərimizin keyfiyyətli və təhlükəsiz bank xidməti almasını təmin edir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri