Previous Next
Bağla

Multi-country SAP təmsilçisi: Azərbaycan texnologiyalar və innovasiyalar baxımından çox sürətlə inkişaf edir

26-10-2023 09:34
Multi-country SAP təmsilçisi: Azərbaycan texnologiyalar və innovasiyalar baxımından çox sürətlə inkişaf edir

Azərbaycan qabaqcıl texnologiyalar, innovasiyalar, rəqəmsallaşma baxımından çox sürətlə inkişaf edir. Əlbəttə, hər bir sənaye sahəsində bu proses eyni sürətlə getmir, biz SAP klasteri olaraq hazırda neft-qaz sənayesində, pərakəndə satışda, nəqliyyatda daha çox təmsil olunuruq. Azərbaycanda telekommunikasiya şirkətləri ilə fəal əməkdaşlıq edirik, lakin yeni əməkdaşlıq etdiyimiz digər sahələrlə də münasibətləri inkişaf etdirmək istərdik.

Bu barədə müsahibəsində Multi-country SAP klasterinin direktoru Aleksandr Meteçko oktyabrın 25-də Bakıda keçirilən “SAP Discovery Day Baku” forumu çərçivəsində bildirib.

Aleksandr Meteçko qeyd edib ki, SAP Azərbaycan iqtisadiyyatı ilə birlikdə çox sürətlə inkişaf edir.

“Biz Azərbaycanda biznesimizin inkişafına fəal şəkildə investisiya yatırırıq. Azərbaycan şirkətlərinə inkişaf məqsədilə həllər təklif edə bilmək üçün ölkəyə bir çox ekspertlərimizi, məsləhətçilərimizi gətirmişik. İnanıram ki, bu proses davamlı olacaq. Azərbaycandakı şirkətimiz keçən il iki dəfə böyüyüb, bu il daha da böyüməyi planlaşdırırıq. Ümidvaram ki, bu hələ yolun başlanğıcıdır. Biz ölkəyə insan resursları cəlb edirik, eyni zamanda, universitetlərə, tələbələrə və mütəxəssislərə texnologiyalarımızın öyrədilməsi üçün sərmayə sərf edirik, kadr potensialını artırırıq. Şübhəsiz ki, bazar artımının məhdudiyyətlərindən biri məhz bu texnologiyaları həm Azərbaycanın tərəfdaşı olan ölkələrdə, həm də sifarişçi ölkələrdə tətbiq edə bilən ekspertlərin sayıdır”, - deyə o əlavə edib.

Builki tədbirin populyarlığından danışan Aleksandr Meteçko deyib: “Bu gün Bakıda belə bir mötəbər forumda bu qədər yeni simanın iştirak etdiyini gördüyüm üçün çox şadam. Tədbirə 400-dən çox iştirakçı qatılıb”. Onun sözlərinə görə, daha əvvəl Azərbaycanda heç vaxt belə böyük sənaye tədbiri keçirilməyib.

“Burada sifarişçilərimizdən başqa, birgə işləyəcəyimiz və rəqəmsal transformasiya, innovasiya və informasiya texnologiyalarının inkişafı istiqamətində kömək edəcəyimiz bir çox yeni şirkətləri, yeni simaları gördüyüm üçün çox məmnunam”, - deyə, Multi-country SAP təmsilçisi bildirib. (Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SAP şirkəti Bakıda öz nümayəndəliyini açacaq

08-05-2015

Kasperski Laboratoriyası SAP ilə əməkdaşlığa başladı

14-04-2016

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

08-04-2026

SOCAR və “SAP SE” innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

12-06-2023

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

“Baku Steel Company” dünya lideri olan “SAP SE” şirkəti ilə əməkdaşlığa başlayır

08-12-2023

SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq

15-12-2015

SAP proqram həllərinin Bakı Ali Neft Məktəbində tədrisi başlayır

12-01-2016

SAP məşhur startapı satın aldı

28-09-2016

Almaniyanın “SAP SE” şirkəti Azərbaycanda nümayəndəliyini açır

09-12-2015

Dünyanın ən böyük proqram təminatı şirkəti Azərbaycanda

24-08-2015

Nokia: Tezlik verilərsə, Azərbaycanda 5G infrastrukturunu reallaşdıracağıq

10-03-2025

Fariz İsmayılzadə: Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq

17-10-2024

Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

28-11-2017

Avstraliyada Elektron İdarəçilik İnstitutu fəaliyyətə başlayıb

10-11-2015

Bakıda keçirilən “Poçt Liderləri Forumu” başa çatıb

15-05-2025

Fariz Cəfərov: “4SIM Azerbaijan” süni intellektin böyük dil modellərinin tətbiqi üzərində işləyir

10-09-2024

Azərbaycan bazarına daxil olmaq istəyən xarici İKT şirkətlərinə dəstək veriləcək

17-05-2023

“Mozilla”ya baş direktor təyin edildi

15-10-2010

Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

01-10-2023

İslam İnkişaf Bankı Azərbaycana süni maliyyə dəstəyi verməyə hazırdır

07-05-2026

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024

Xorvatiyanın İKT şirkətindən Azərbaycan sahibkarlarına təklif

26-02-2013

Berlində Avropa Rəqəmsal Sammiti keçirilib

19-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə