Previous Next
Bağla

Kaspersky ilk qısametrajlı film festivalı keçirəcək

20-12-2019 11:21
Kaspersky ilk qısametrajlı film festivalı keçirəcək

“Kaspersky” tərəfindən yaradılmış və rəqəmsal mədəniyyətdən bəhs edən “Tomorrow Unlocked“ adlı onlayn jurnal texnoloji mövzulara həsr olunan ilk beynəlxalq qısametrajlı film festivalını təşkil edir. Festivalda texnologiyanın dünyanı müsbətə doğru dəyişdirməsindən bəhs edən filmlər göstəriləcək və bu filmlərin qəbuluna artıq başlanılıb. Qısametrajlı film müəllifləri pul mükafatları uğrunda mübarizə aparacaqlar. Finala çıxmış 10 film 2020-ci ilin 5 aprel tarixində Barselonada keçiriləcək “Tomorrow Unlocked” film festivalında (TUFF) nümayiş olunacaq. Bundan əlavə, seçilmiş filmlər 2020-ci ilin 6-8 aprel tarixlərində Barselonada keçiriləcək və kiber təhlükəsizlik mövzusuna həsr olunacaq “Security Analyst Summit” beynəlxalq konfransda nümayiş olunacaq.

Xeberler.az bildirir ki, “Tomorrow Unlocked” film festivalı texnologiyanın dünyamızı yaxşılaşdırması və yeni imkanlar yaratmasını göstərmək üçün təşkil edilən ilk beynəlxalq film festivalıdır. Bunun üçün təşkilatçılar mürəkkəb texniki məlumatların asan təqdim edildiyi və süjetin mərkəzində insanın yer aldığı filmləri axtarırlar. Filmlər fərdilik, cəmiyyət və gələcək məsələlərinə, eləcə də, texnologiya ilə əlaqəli istənilən mövzuya aid ola bilər. Festivalın novatorlar, rəssamlar, texnoloqlar, futuristlər, alimlər və sahibkarları cəlb etməsi gözlənilir.

Müsabiqənin nəticələrinə görə, TUFF festivalının münsifləri ən yaxşı 10 qısametrajlı filmi seçəcəklər və bu filmlər 5 aprel 2020-ci ildə Barselonada böyük ekranda nümayiş olunacaq. Qalib 10 min ABŞ dolları məbləğində mükafat alacaq. Daha 3 qalib 3 min ABŞ dolları, qalan altı finalçı isə min ABŞ dollar qazanacaq. Qısalığı özünün əsas keyfiyyəti hesab edənlər üçün təşkilatçılar ayrıca “The Five-Second-Challenge“ yarışması təşkil edib. Yarışmanın şərtlərinə görə, texnologiyanın rolu 5 saniyə və ya daha az müddətdə izah olunmalı və video “YouTube” kanalında #tuff5sec haştagı ilə yüklənməlidir. Ən yaxşı işlərin müəllifləri 500 ABŞ dollarına qədər mükafat qazana biləcəklər.

TUFF festivalına qeydiyyat və işlərin qəbulu 2020-ci ilin 20 fevral tarixinə qədər heç bir ödəniş olmadan aparılacaq. Müraciət etmək və daha ətraflı məlumat əldə etmək üçün festivalın veb səhifəsinə daxil ola bilərsiniz: www.tomorrowunlocked.com/tuff/ 

“Film festivalı bizim üçün çox əlamətdar və həyəcanverici bir hadisədir, eləcə də “Tomorrow Unlocked” onlayn jurnalımızın inkişafında böyük bir addımdır. Müasir dünyanı texnologiyasız təsəvvür etmək mümkün deyil. Çünki məhz o, gələcəyimizi təyin edir, lakin bunu hələ hamı anlamır. Buna görə “yaradıcı beyinlər”i insanlara təsir edə bilən, ruhlandıran və maarifləndirən texnologiyalar haqqında hekayələr danışmağa dəvət edirik. Dünyada parlaq qısametrajlı filmlər yaradan çox rejissor və ssenaristin olduğunu bilirik və istedadları üçün yeni bir auditoriya açmaqdan məmnunuq" - deyə brendin inkişafı şöbəsinin rəhbəri Povel Torrud bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub

15-07-2025

Galaxy S6 ilə film çəkildi- Video

21-12-2015

Facebook filmi göstəriləcək

30-09-2010

Azərbaycan filmi nüfuzlu mükafat ala bilər

30-11-2017

“Start" Beynəlxalq Tələbə Filmləri Festivalı başlayır

23-11-2009

8-ci Beynəlxalq Animasiya Festivalı başa çatıb

08-09-2025

Facebook filmi

28-06-2010

USB yaddaşda film satılacaq

11-11-2009

“Facebook”-da online film nümayişlərinə start verildi

10-03-2011

Virtual aləmin ilk filmi

23-12-2008

Facebook filmi artıq ekranlarda

07-10-2010

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Virtual reallıq funksiyasına malik ilk kinoteatr

18-02-2017

İstədiyiniz filmləri Ailə Cinema-da izləyin

29-12-2015

Kaspersky Lab sənədli film çəkənlərin ekspedisiyasını dəstəkləyir

18-07-2019

Nar TV ilə ən maraqlı filmlər və TV serialallar Azərbaycan dilində

03-04-2019

Azərbaycan Animasiya Assosiasiyası Annecy festivalında təmsil olunub

17-06-2025

Oscar mükafatının qalibləri açıqlandı

05-03-2018

“Facebook” kino aləminə də möhürünü vurdu

21-02-2011

Uber artıq səmada da fəaliyyət göstərəcək

14-05-2015

Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək

18-02-2020

Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

11-08-2016

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən film təqdim edilib

12-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə