Uber artıq səmada da fəaliyyət göstərəcək

14-05-2015 / 15:29

İş modeli ilə bütün dünyada çox sevilən Uber bu dəfə səmada da fəaliyyət göstərəcək.

Xəbərlər-in verdiyi məlumata görə, şirkət Cannes Film Festivalı üçün vertolyotla nəqliyyat xidməti istifadəyə verəcək.

Lüks avtomobillərlə xüsusi taksi xidməti təşkil edən Uber buna baxmayaraq son illərdə investorların gözündə ən çox tanınmış şirkətlərdən biri olmağı bacardı. Bazar dəyəri 50 milyard dollara yaxın olan şirkət son olaraq Nokianın xəritə xidməti Here üçün 3 milyard dollar investisiya ayıraraq tanınmışdı.

Məşhur Kann Film Festivalı üçün UberCopter adlı xüsusi bir xidmət yaradan şirkət festivala qatılan tanınmış simaları festival sahəsinə aparacaq.

Ümumilikdə 125 min nəfərin ziyarət etməsi gözlənilən Cannes Film Festivalında bu ziyarətçilərin neçəsinin UberCopter-i seçəcəyi məlum deyil. Uber-in Nice hava limanı ilə Kann arasında təyin olunan avtomobillə nəqliyyat tarifi 60 ilə 80 Avro arasında dəyişir. Şirkət UberCopter üçün bu tarifə 160 Avro təyin edib.

Ağasəf Haqverdiyev

 

                                                                                         


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə