Previous Next
Bağla

Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

11-08-2016 14:45
Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

İlk dəfə olaraq Kaspersky Lab-ın müsabiqəsində marketinq, reklam, dizayn və kreativ kommunikasiya üzrə mütəxəssislər iştirak edə bilərlər.

Belə ki, Kaspersky Lab şirkəti “Talent Lab” beynəlxalq müsabiqə proqramını açıq elan edir.

Xebeler.az-ın məlumatına görə, sözügedən proqram dünyanın istənilən ölkəsindən olan 18-30 yaşlı ali məktəb tələbələri və gənc mütəxəssislərə (texniki, həmçinin kreativ sahələr üzrə) geniş karyera inkişafı perspektivləri təklif edir. Müsabiqənin əsas mükafatlarına təhsili davam etdirmək üçün 10 min ABŞ dolları həcmində pul hədiyyəsi, həmçinin “Kaspersky Security Analyst Summit” kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa və “Kann Şirləri” beynəlxalq reklam festivalına gediş imkanları daxildir.

Müsabiqə proqramında iştirak üçün https://academy.kaspersky.com/talentlab/ saytında qeydiyyatdan keçərək təklif olunan tapşırıqlardan birini seçib cari ilin noyabr ayının 15-dək bu tapşırığı yerinə yetirmək lazımdır.

Texniki mütəxəssislər üçün antivirus araşdırmaları, müdafiə həllərinin hazırlanması, mobil və fiziki təhlükəsizlik, əşyalar interneti, şəbəkədə uşaqların təhlükəsizliyi və istifadəçilərin kibertəhdidlər barədə məlumatlılığının artırılması üzrə praktiki məsələlər nəzərdə tutulub. Kreativ peşə nümayəndələri üçün isə aşağıda qeyd olunmuş istiqamətlər üzrə yaradıcı və tədqiqat xarakterli tapşırıqlar hazırlanıb: istehlakçı marketinqi, veb-məzmunun analizi, konseptual dizayn və kibertəhlükəsizlik əsaslarının oyun formasında öyrədilməsi. 

Dekabr ayının 1-də müsabiqənin ilkin mərhələsinə əsasən 50 finalçının adı açıqlanacaq və onlar gələn ilin fevral ayında öz layihələrini təqdim etmək üçün Praqada keçiriləcək finala vəsiqə qazanacaqlar. Final mərhələsində  3 əsas qalib müəyyən ediləcək.

“Top talent” nominasiyası üzrə qalib təhsil üçün 10 min ABŞ dolları həcmində mükafat; “Security talent” nominasiyası üzrə qalib 2017-ci ilin aprel ayında keçiriləcək “Kaspersky Security Analyst Summit” kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa gediş imkanı; “Creativity talent” nominasiyası üzrə qalib isə  “Kann Şirləri” beynəlxalq reklam festivalına və festival akademiyasına ziyarət hüququ verən biletlər əldə edəcək.

Bundan əlavə, 50 finalçının hər biri Kaspersky Lab və müsabiqənin partnyorları tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin peşəkar təlimlərdə iştirak imkanı qazanacaq.

“Hər kəs kibertəhlükəsizlik sahəsinə öz yolu ilə gəlir. Aparıcı ekspertlərimizin əksəriyyəti bu sahə üzrə xüsusi təhsilə  malik olmasalar da, qazandıqları təcrübə və daim öyrənmək həvəslərinə görə öz sahələri üzrə ən yaxşılardandırlar. İnanırıq ki, təşkil etdiyimiz müsabiqə gənc mütəxəssislər və tələbələrin informasiya təhlükəsizliyi sahəsinə marağını artıracaq və sözügedən sənayeyə qoşulmaq üçün çoxsaylı vasitələrin mövcudluğunu əyani nümayiş etdirəcək. Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edir, belə ki, dünyanın kibertəhdidlərdən müdafiəsi üçün daha çox peşəkara ehtiyac var”, - deyə Kaspersky Lab-ın tədris proqramları idarəsinin rəhbəri Veniamin Qinodman bildirir.

 “Talent Lab” proqramı Kaspersky Lab-ın maarifləndirici təşəbbüslərini davam etdirir. Bu cür tədbirlər sırasına İT təhlükəsizlik sahəsində gənc istedadların dəstəklənməsinə yönəlmiş “Kaspersky Academy” proqramlar seriyası da daxildir. Şirkət bu cür gəncləri aşkarlayaraq onlara kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək üçün şərait yaradır və bununla da peşəkarların yetişməsinə töhfə verir. Kaspersky Lab inanır ki, yeni nəsil yüksək ixtisaslı mütəxəssislər gələcəyimizin təhlükəsizliyində mühüm rol oynayacaq.   

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kaspersky Lab gənc mütəxəssislər axtarır

Kaspersky Lab gənc mütəxəssislər axtarır

20-10-2017
Kaspersky Lab məhsullarında  boşluq tapan 50 min dollar qazanacaq

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016
Kaspersky Lab hər startap layihəsinə  4 min dollar ayırır

Kaspersky Lab hər startap layihəsinə 4 min dollar ayırır

13-10-2016
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
“Kaspersky Lab-ın startap proqramına Azərbaycandan müraciət olmayıb”

“Kaspersky Lab-ın startap proqramına Azərbaycandan müraciət olmayıb”

07-03-2017
Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçiriləcək

Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçiriləcək

12-04-2016
Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019
Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

22-12-2017
İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016
“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

04-03-2017
Sənaye mühitində kibertəhlükəsizlik müzakirə ediləcək

Sənaye mühitində kibertəhlükəsizlik müzakirə ediləcək

22-11-2017
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017
ABŞ-da Kaspersky-dən istifadə qadağan edildi

ABŞ-da Kaspersky-dən istifadə qadağan edildi

13-12-2017
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016
Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə