Previous Next
Bağla

Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

19-10-2018 18:00
Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür. Bu münasibətlə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə idarənin əməkdaşlarını təbrik edib.
 
Dövlət Radiotezliklər İdarəsi 1968-ci ildə "Texniki Radionəzarət Stansiyası" nəzdində bir qrup şəkilində formalaşıb. Daha sonra "Texniki Radionəzarət Stansiyası", "Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi" və  nəhayət, 1998-ci ildən "Dövlət Radiotezliklər İdarəsi" kimi fəaliyyət göstərməyə başlayıb.
 
1996-cı ildə ölkədə radioelektron vasitələri və yüksəktezlikli avadanlıqlardan istifadə səmərəliliyini artırmaq, bu sahədə ayrı-ayrı idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan "Radiotezliklər üzrə Dövlət Komissiyası" bu gün də işini davam etdirir.
 
Hazırda Dövlət Radiotezliklər İdarəsi ölkə ərazisində mülkü məqsədlər üçün radiotezlik spektrinin uçotunu, həmin tezliklərdə işləyən radioelektron vasitələrinin (REV) qeydiyyatını aparır.
 
Eyni zamanda, radiorabitə avadanlıqlarının normal işləməsi üçün elektromaqnit uzlaşmasını, tezliklərin seçilməsi və maneələrin aradan qaldırılmasını təmin etmək məqsədilə radiomonitorinq, efirə radionəzarət işlərini yerinə yetirir.
 
Bütün bunlarla yanaşı, efirə radionəzarət işlərini təmin edir və nəzarət olunan tezliklərin icazə verilmiş REV-nin qeydiyyat bazası ilə uyğunluğunu yoxlayır.
 
Bu gün DRİ tərəfindən mütəmadi olaraq respublika ərazisində yayımlanan TV və FM kanallarının əhatə dairəsi ölçülür və yayım vəziyyəti yoxlanılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

254 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

02-10-2015

Qeydiyyatdan keçməyən radioelektron vasitələr aşkarlanıb

02-07-2015

Nazirlikdə daha bir təyinat

07-05-2018

Radioelektron vasitələrindən qanunsuz istifadənin qarşısı alınıb

01-09-2015

Radiotezlik istifadəçiləri haqda statistika açıqlanıb

02-10-2015

Elektromaqnit hücumları müzakirə mövzusu olub

26-10-2018

Dövlət Radiotezliklər İdarəsinin loqosu yenilənib

11-12-2021

Dövlət Radiotezliklər İdarəsi 651 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlayıb

19-05-2009

Qeydiyyatdan keçməyən radioelektron vasitələrin statistikası açıqlanıb

05-11-2015

Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

31-07-2023

“Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiqlənib

18-12-2021

1070 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitələri aşkarlanıb

12-10-2009

Qeydiyyata alınan radiotezlik istifadəçilərinin sayı açıqlanıb

04-12-2015

Radiotezlik istifadəçiləri və radioelektron vasitələrin statistikası açıqlanıb

05-05-2015

Dövlət Radiotezliklər İdarəsi Azərbaycan regionlarında monitorinqlər keçirir

17-02-2011

Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb

05-05-2021

Televiziyalara nəzarət üçün yeni stansiyalar istismara verilib

19-04-2015

Azərbaycanın qərb bölgəsində radiomonitorinq keçirilir

31-10-2013

Bölgələrdə TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır

30-04-2015

Qeydiyyatsız 43 ədəd radioelektron vasitə aşkarlanıb

02-04-2015

I Avropa Oyunları zamanı radio və TV yayımına fasiləsiz nəzarət olunacaq

09-06-2015

Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 faiz artıb

11-07-2023

Bu il 5 minədək radiotezlik vasitəsi qeydiyyata alınıb

08-09-2015

Dövlət Radiotezliklər İdarəsi Azərbaycanın altı rayonunda monitorinq aparıb

11-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə