Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Ucarda vətəndaşlarla görüşüb.
Xeberler.az-ın məlumatına görə, qəbulda Ucar, Zərdab və Ağdaş rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Görüşdə nazirə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işə qəbul və bu sahədə əhalini maraqlandıran məsələlərlə bağlı müarciətlər ünvanlanıb.
Görüş Ucar, Zərdab və Ağdaş rayonlarının poçt, rabitə şöbələrinin əməkdaşları ilə video bağlantı şəraitində keçib. Nazir açıqlamasında bildirib ki, ucqar kəndlərin rabitə və İnternetlə təminatı yaxın vaxtlarda 85 faizə çatdırılacaq.
Nazir qeyd edib ki,bu il əsasən rayon və kəndlərdə İnternet infrastrukturunun genişləndirməsi istiqamətində böyük işlərə başlanılıb.
Əli Abbasov vurğulayıb ki, kəndlərin 75 faizi optik xətlərlə təmin olunub və əhalinin bu sistemlərə çıxışı təmin edilib. Onun sözlərinə görə, kəndlərin ancaq 25 faizində yüksək sürətli İnternet və müsair standartlara cavab verməklərində problem var. Nazir bildirib ki, bu istiqamətdə hazırda bir çox layihələr həyata keçirilir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri