Previous Next
Bağla

Osman Gündüz: İT güzəştləri haqqında qanunun tətbiqi şəffaf olmalıdır

24-10-2026 10:08
Osman Gündüz: İT güzəştləri haqqında qanunun tətbiqi şəffaf olmalıdır

Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Prezidentin geri qaytardığı rəqəmsal güzəştlərlə bağlı qanunun yenidən qəbul edilərək təsdiqlənməsini şərh edib. O, sosial şəbəkə hesabında bu barədə paylaşım edib.

Xeberler.az məlumat verir ki, İT sektoruna geniş vergi və digər güzəştləri nəzərdə tutan qanun Milli Məclis tərəfindən iyulun 14-də qəbul edilmişdi. Prezident onu imzalamadan yenidən baxılması üçün parlamentə qaytarmışdı. Sonradan Prezidentin köməkçisi Şahmar Mövsümov parlamentdə iştirak edərək qanunun təkmilləşdirilmiş variantını təqdim etmişdi. Müvafiq qanunvericilik dəyişiklikləri oktyabrın 22-də təsdiqlənib.

O.Gündüz əsas yenilikləri belə sıralayıb:

  • Texnopark rezidentləri üçün müəyyən şərtlərlə 20 illik vergi və sosial sığorta güzəştləri nəzərdə tutulur.
  • İri İT şirkətlərinin güzəştlərdən yararlanması yalnız ixrac göstəriciləri və ixrac gəlirlərinin ölkəyə daxil olması ilə şərtləndirilir. Əvvəlki versiyada belə məhdudlaşdırma yox idi.
  • Startaplara və vençur investisiyalarına yeni vergi təşviqləri tətbiq edilir.
  • Frilanserlərin, rəqəmsal səyyahların və xarici İT mütəxəssislərinin fəaliyyəti üçün yeni hüquqi imkanlar yaradılır.
  • İnnovativ məhsulların dövlət satınalmalarında iştirakı asanlaşdırılır, pilot layihələrin tətbiqi üçün mexanizmlər müəyyən edilir.
  • Tədqiqat, innovasiya və yeni texnoloji məhsulların yaradılması üçün əlavə vergi təşviqləri nəzərdə tutulur.

Ekspertin sözlərinə görə, bu güzəştlər yerli ekosistemin inkişafının sürətləndirilməsi baxımından çox əhəmiyyətlidir. O vurğulayıb ki, xüsusilə startapların dövlət satınalmalarına çıxışı, investorların təşviqi və iri şirkətlər üçün ixrac şərtləri sektorda yeni inkişaf imkanları aça bilər.

O.Gündüz hesab edir ki, dəyişikliklər böyük İT şirkətlərinin inkişafını da stimullaşdıracaq, onların dövlət sifarişlərindən asılılığını azaldacaq, xarici bazarlara çıxışına və rəqabətqabiliyyətli texnoloji məhsullar yaratmasına ciddi stimul verəcək. Ekspert təəssüflə qeyd edib ki, bu istiqamətdə dəyişikliklər xeyli gec reallaşdı.

“İndi əsas məsələ qanunun necə tətbiq olunmasıdır”, - deyə o bildirib. O.Gündüz xatırladıb ki, əvvəllər güzəştlərdən yararlanan İT şirkətlərinin texnopark rezidenti kimi təsdiqi prosesi şəffaf olmayıb, qanunvericilikdə nəzərdə tutulan struktur isə formalaşmayıb.

Ekspert güzəştlərin verilməsinin şəffaf olmasının, nəticələrin ölçülməsinin və dövlət dəstəyinin real iqtisadi faydasının qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı  dəyişikliklər təsdiqlənib

Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib

23-10-2026
Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025
Ölkəmizə cəlb ediləcək əcnəbi İT mütəxəssisləri nə gözləyir?-ŞƏRH

Ölkəmizə cəlb ediləcək əcnəbi İT mütəxəssisləri nə gözləyir?-ŞƏRH

13-01-2023
İRİA "texnopark rezidentləri" müzakirəsinə dövlət qurumlarını da dəvət etməyib - Ekspert

İRİA "texnopark rezidentləri" müzakirəsinə dövlət qurumlarını da dəvət etməyib - Ekspert

20-12-2025
Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022
Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

10-04-2026
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

09-01-2023
İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

17-07-2026
10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022
Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

17-06-2026
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

27-12-2022
Hansı İT şirkətlər bütün vergilərdən azad edilib ?

Hansı İT şirkətlər bütün vergilərdən azad edilib ?

29-12-2023
Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025
“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

17-10-2023
İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

15-02-2019
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

16-12-2024
Texnologiyalar parkına rezidentlik nə qazandırır?

Texnologiyalar parkına rezidentlik nə qazandırır?

10-02-2023
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024
Rəqəmsal iqtisadiyyat və innovasiya fondunun yaradılması təklif olunub

Rəqəmsal iqtisadiyyat və innovasiya fondunun yaradılması təklif olunub

19-11-2025
İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub

İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub

07-07-2026
Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

18-05-2023
Nağdsız ödənişlərə vergi güzəştləri tətbiq olunacaq

Nağdsız ödənişlərə vergi güzəştləri tətbiq olunacaq

10-08-2016
Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

09-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə