Previous Next
Bağla

Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib

23-10-2026 13:30
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı  dəyişikliklər təsdiqlənib

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2026-cı il tarixli Fərmanları ilə rəqəmsal iqtisadiyyatın inkişafının sürətləndirilməsi, texnoloji sahibkarlığın dəstəklənməsi, beynəlxalq rəqəmsal istedadların ölkəyə cəlb edilməsi və innovativ məhsulların dövlət satınalmalarında iştirak imkanlarının genişləndirilməsi istiqamətində qanunvericilik dəyişiklikləri təsdiqlənib. Dəyişikliklər texnopark rezidentliyi, vergi və sosial sığorta güzəştləri, startapların maliyyələşdirilməsi, rəqəmsal səyyahların hüquqi statusu və innovasiya məhsullarının satın alınması mexanizmlərini əhatə edir.

Texnopark rezidentliyinin əhatə dairəsi genişləndirilir

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”yə edilən dəyişikliklərlə frilanserlərin və rəqəmsal səyyahların texnopark rezidenti kimi fəaliyyət göstərməsi üçün hüquqi imkan yaradılır. Frilanserlər muzdlu işçi cəlb etmədən, mülki-hüquqi müqavilə əsasında müstəqil şəkildə ödənişli xidmət göstərən və ya iş yerinə yetirən fiziki şəxslərdir. Rəqəmsal səyyahlar isə informasiya və kommunikasiya texnologiyaları vasitəsilə xarici dövlətlərdə distant çalışan və gəlirlərini yalnız xarici mənbələrdən əldə edən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərdir.

Rezidentlik üçün fəaliyyət istiqamətləri proqram təminatı və sistem inteqrasiyası ilə yanaşı, süni intellekt, kibertəhlükəsizlik, robototexnika, bulud texnologiyaları, oyun texnologiyaları və digər yüksək texnologiya sahələrini əhatə edir. Uğurlu biznes ideyasına malik, lakin müvafiq sahələrdə təcrübəsi məhdud olan şəxslərin də texnopark rezidenti kimi fəaliyyət göstərməsi üçün imkan yaradılır. Bununla yanaşı, ekspert qiymətləndirilməsinin sürətləndirilməsi, texnopark infrastrukturu və əmlak münasibətlərinin daha aydın tənzimlənməsi, qeydiyyat prosedurlarının isə “mygov biznes” üzərindən elektron formada həyata keçirilməsi nəzərdə tutulur. Bu dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Texnopark rezidentləri üçün vergi və sosial sığorta güzəştləri genişləndirilir

2027-ci il yanvarın 1-dən rezidentlik şəhadətnaməsi alacaq və müəyyən edilmiş meyarlara cavab verən texnopark rezidentlərinin müvafiq fəaliyyətdən əldə etdikləri gəlir və mənfəətə, həmin fəaliyyətdən ödənilən dividendlərə, eləcə də istifadə etdikləri əmlak və torpağa tətbiq olunan vergi güzəştlərinin müddəti 20 ilə çatdırılır. Güzəştlər texnoparkdan kənarda fəaliyyət göstərən rezidentlərə də şamil ediləcək. Rezidentlərdə müvafiq fəaliyyət üzrə çalışan işçilərin əmək gəlirlərinə isə 20 il müddətində 0 faiz gəlir vergisi dərəcəsinin tətbiqi nəzərdə tutulur.

Yeni rezidentlər üçün müvafiq fəaliyyətə cəlb olunan işçilər üzrə sosial sığorta haqqının hesablanmasında mövcud seçim imkanının müddəti də 10 ildən 20 ilə çatdırılır. İri sahibkarlıq subyektlərinə aid rezidentlər vergi güzəştlərindən ixrac göstəriciləri və ixracdan əldə olunan gəlirlərin Azərbaycandakı hesablara daxil olması şərtlərinə uyğun olaraq yararlana biləcəklər.

Tədqiqat və inkişaf fəaliyyətini stimullaşdırmaq məqsədilə innovasiya məhsullarının hazırlanmasına yönələn müəyyən əməliyyat xərclərinin 2,5 əmsalla vergi tutulan gəlirdən çıxılması, bu işlərdə istifadə edilən və ayrıca uçotu aparılan avadanlıqlar üzrə amortizasiya normalarına isə 2 əmsalın tətbiqi nəzərdə tutulur. Rezidentin yaratdığı proqram təminatı, innovasiya məhsulu və ya nou-hau inteqrasiya edilmiş avadanlıqların ixracına müvafiq vergi azadolmaları tətbiq ediləcək.

Startapların maliyyələşdirilməsi və rəqəmsal xidmətlərə çıxış imkanları artırılır

Startaplara investisiyaların cəlbini təşviq etmək məqsədilə müəyyən şərtlərlə akkreditə olunmuş investorların yatırdıqları investisiyanın bir hissəsinin vergi tutulan gəlirdən çıxılması nəzərdə tutulur. Həmçinin kraudfandinq və vençur kapitalı investisiyalarından əldə olunan gəlirlərə, eləcə də texnopark rezidentlərinin işçilərinə pay və səhm iştirakı planları çərçivəsində verilən gəlirlərə 10 illik vergi güzəştlərinin tətbiqi təklif olunur.

Startapların və texnopark rezidentlərinin öz fəaliyyətləri üçün qeyri-rezidentlərdən əldə etdikləri bulud, platforma, proqram təminatı və API xidmətləri üzrə ödənişlərə vergi və ƏDV güzəştləri 20 il müddətinə tətbiq ediləcək. Yüksəkixtisaslı miqrantların xaricdəki qeyri-rezidentlərlə əmək müqaviləsi əsasında xarici mənbələrdən əldə etdikləri gəlirlər üçün də 20 illik gəlir vergisi azadolması nəzərdə tutulur.

Rəqəmsal səyyahlar və yüksəkixtisaslı miqrantlar üçün hüquqi çərçivə müəyyənləşdirilir

Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərlə rəqəmsal səyyah anlayışı müəyyənləşdirilir. Bu status rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində məsafədən fəaliyyət göstərən, gəlirlərini xarici mənbələrdən əldə edən əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edir. Onlar üçün işgüzar səfər vizası, eləcə də müəyyən şərtlərlə müvəqqəti və daimi yaşamaq icazəsi mexanizmləri nəzərdə tutulur.

Yaşamaq icazəsi üçün şəxsin vergi uçotuna alınması və texnopark rezidenti kimi fəaliyyət göstərməsi tələb olunur. Xarici mənbələrdən sabit gəlirlə bağlı tələblər də müəyyən edilir. Rəqəmsal səyyahların və rəqəmsal texnologiyalarla əlaqəli sahələrdə çalışan yüksəkixtisaslı miqrantların məcburi dövlət sosial sığortasına cəlb olunması ilə bağlı müddəalar da dəqiqləşdirilir.

İnnovasiya məhsullarının dövlət satınalmaları üçün yeni mexanizmlər yaradılır

Startapların, sənaye və texnologiyalar parkları rezidentlərinin innovasiya məhsullarının dövlət satınalmalarında iştirakını genişləndirmək üçün yeni mexanizmlər nəzərdə tutulur. Dəyəri 100 min manatadək olan belə məhsulların satın alınması zamanı azı üç təchizatçıdan qiymət təklifinin alınması şərti ilə ayrıca satınalma qaydası tətbiq ediləcək.

Ehtimal olunan qiyməti 250 min manatadək olan satınalmalarda isə innovasiya  məhsulları üzrə təkliflərin qiymətləndirilməsi zamanı 20 faizlik satınalma güzəşti tətbiq olunacaq. Bu güzəşt müqavilə qiymətinin avtomatik azaldılması deyil, təkliflərin qiymətləndirilməsi zamanı tətbiq olunan düzəlişdir.

Texniki xüsusiyyətləri əvvəlcədən dəqiq müəyyən edilə bilməyən innovasiya məhsullarının hazırlanması və real iş şəraitində sınaqdan keçirilməsi üçün pilot tətbiq mexanizmi də nəzərdə tutulur. Hər bir təchizatçı ilə bağlanan pilot tətbiq müqaviləsi 1 milyon manatadək məbləği və 12 ayadək müddəti əhatə edəcək. Müqavilələrdə aralıq nəticələr, mərhələli ödənişlər, məlumatların mühafizəsi, təhlükəsizlik və əqli mülkiyyət hüquqları ilə bağlı şərtlər müəyyən ediləcək.

Eyni zamanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna edilən dəyişikliklə dayandırılmış yoxlama müddətində yoxlayıcı orqanın həmin yoxlama çərçivəsində sahibkarın fəaliyyət göstərdiyi yerə gələrək yoxlama tədbirləri aparmasının qadağan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qanunvericilik dəyişiklikləri Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində hazırlanıb. Dəyişikliklər texnoloji sahibkarlığın inkişafına, innovasiya məhsullarının hazırlanmasına, investisiyaların cəlbinə və Azərbaycanın rəqəmsal iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub

İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub

07-07-2026
Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

17-06-2026
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

17-06-2026
Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

19-12-2022
Texnologiyalar parkına rezidentlik nə qazandırır?

Texnologiyalar parkına rezidentlik nə qazandırır?

10-02-2023
 İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

24-01-2023
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb

İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb

22-10-2026
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

01-03-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

24-01-2023
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

09-01-2023
Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

09-01-2023
İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023
İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

27-12-2022
Azərbaycanda texnopark imtiyazları İKT məhsullarının ixracını stimullaşdırır

Azərbaycanda texnopark imtiyazları İKT məhsullarının ixracını stimullaşdırır

19-12-2025
İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

17-07-2026
Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

19-12-2022
Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

05-05-2021
Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

15-12-2023
Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

27-02-2026
Üç beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

Üç beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

27-08-2026
Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri  7,5 faiz artıb

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 7,5 faiz artıb

14-07-2026
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

17-07-2026
Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

19-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə