Kiçilə bilən avtomobil istehsal olunub

15-05-2015 / 11:04

DFKI Robotics Innovation Center Almaniyanın Berman şəhərində EO Smart tərkibli avtomobilin 2-ci konseptini keçən həftə nümayiş etdirdi. Hansı ki ilk konsept 2012-ci ildə verilmişdi.

 

Xəbərlər-in verdiyi məlumata görə, balaca, 2 oturacaqlı elektrik avtomobili bildiyimiz sadə maşının etdiklərini edir, amma burda bəzi özəl xüsusiyyətlər də var. Məsələn, hər təkərin öz motoru var, istənildikdə təkərlər tam 90 dərəcə altında çevrilə bilir və dar döngələrdə insanlara çox böyük rahatçılıq yaradır.Bu konsepti irəli aparan əsas məsələ isə böyük şəhər və meqapolislərdə tıxacları azaltmaq və parking problemlərini aradan qaldırmasıdır.

Avtomobil prototip olaraq 40 mil/saat (64km/saat) maximum sürətlə hərəkət edir və tam dolu batareya ilə 70 km sürülə bilir. Model hətta parking zamanı belə özünü daha da yığcam edir və ortalama 2.44 metr olur. Bu transformasiya şaquli istiqamətdə hərəkət edir və maşının uzunluğu azalaraq hündürlüyünü artırır.

İsmayıl İsmayılov

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə