Previous Next
Bağla

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakutel sərgisində iştirak edir

05-12-2018 12:36
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakutel sərgisində iştirak edir

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dekabrın 4-dən 7-nə kimi keçirilən "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində öz stendi ilə iştirak edir.

Xeberler.az  bildirir ki, sərgidə agentlik tərəfindən kiçik və orta sahibkarların hüquqlarının qorunması ilə bağlı müraciətlərə on-line baxılması sistemi nümayiş olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yaradılan “Sahibkarlara Dəstək Sistemi” sahibkarların hüquqları ilə bağlı müraciətlərə baxılması və onların operativ həlli ilə üçün on-line platformadır. Məqsəd sahibkarların hüquqlarının müdafiəsinin mükəmməl mexanizmlərinin tətbiqində səmərəliliyin yüksəldilməsi və çevikliyin artırılmasından ibarətdir.

Portal sahibkarların hüquqlarına, onların qorunması sahəsində yaradılmış mexanizmlərə dair sahibkarların məlumatlandırılması və hüquqlarının pozulması hallarına qarşı dövlət qurumları ilə birgə əməkdaşlıq şəraitində operativ reaksiyanın təmin edilməsi missiyasını həyata keçirəcək.

Portalda ölkəmizdə sahibkarların hüquqlarının müdafiəsi sahəsində yaradılmış mükəmməl mexanizmlərə dair məlumatlar əks etdirilib və portal sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Sahibkarların portala girişi elektron imza vasitəsilə həyata keçiriləcək. Portal müvafiq dövlət informasiya sistemlərinə inteqrasiya edilib ki, bu da sahibkarı sistemə avtomatik tanıdacaq. Sahibkarlar portala daxil olaraq müraciətini qısa zaman ərzində formalaşdırıb göndərdikdən sonra müraciət portalın sistemi vasitəsilə agentliyə yönəldiləcək. Müraciətin araşdırılması məqsədilə aidiyyətı dövlət qurumuna müraciət ünvanlanacaq. Aidiyyətı dövlət qurumu öz interfeysindən bu müraciət haqqında məlumat alacaq, müraciəti araşdırıb nəticəsi barədə agentliyi məlumatlandıracaq.

Sahibkar öz interfeysində bütün bu prosesi statuslara uyğun izləmə imkanına malik olacaq.

Müraciətlərə onların xarakterindən asılı olaraq çevik reaksiyanın təmin edilməsi məqsədilə portalda üçtərəfli görüşlərin (sahibkar, müraciət edilən qurum və agentlik) təyin edilməsi funksiyası da mövcuddur. Bu, mövcud halların yerində araşdırıb operativ həll etməyə imkan verəcək.

Portalın sahibkara verdiyi üstünlüklər fiziki iştirak olmadan on-line rejimdə müraciət imkanını yaratması, müraciətə baxılmasının sahibkar tərəfindən hər addım üzrə izlənə bilməsi, vaxt itkisinin aradan qaldırması, müraciətlərə baxılmasında şəffaflığın təmin edilməsidır.

Agentlik isə portal vasitəsilə bütövlükdə müraciətlərə baxılması sistemini monitorinq edə biləcək.

Bütövlükdə portalın fəaliyyəti sahibkarın qarşılaşdıqları problemlərin operativ həllinə istiqamətlənib ki, bu da onlara daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına şərait yaradacaq.

Sərgidə agentliklə yanaşı, qurum tərəfindən həyata keçirilən dəstək proqramları əsasında informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyekti də təmsil olunur və informasiya texnologiyaları sahəsində məhsullarını təqdim edir. Sərgi kiçik və orta sahibkarlıq subyektinə yeni partnyorların tapılması, məhsullarının reallaşdırılması baxımından yeni imkan yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
KOBİA Bakutel 2018-də sahibkarlara dəstək sistemini təqdim edib

KOBİA Bakutel 2018-də sahibkarlara dəstək sistemini təqdim edib

04-12-2018
Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

23-11-2022
Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019
Dövlət agentliyi sahibkarların siyahısını tutacaq

Dövlət agentliyi sahibkarların siyahısını tutacaq

18-04-2019
Gömrüklə bağlı sahibkarların qarşılaşdığı problemlər müzakirə edilib

Gömrüklə bağlı sahibkarların qarşılaşdığı problemlər müzakirə edilib

20-12-2022
Elektron ticarət portalının istifadəçilərinin sayı 14 minə yaxınlaşıb

Elektron ticarət portalının istifadəçilərinin sayı 14 minə yaxınlaşıb

14-03-2013
İKT sektorunun tənzimləyici qurumu   yeni şikayət sistemi yaradıb

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023
“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

17-09-2022
I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

20-04-2026
Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

03-05-2023
Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017
Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair layihə I oxunuşda təsdiqlənib

Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair layihə I oxunuşda təsdiqlənib

12-05-2023
Sahibkarların problemlərinin həlli ilə bağlı memorandum imzalanacaq

Sahibkarların problemlərinin həlli ilə bağlı memorandum imzalanacaq

13-06-2023
ƏMDK portal üzərindən 31 xidmət göstərir

ƏMDK portal üzərindən 31 xidmət göstərir

07-02-2016
Zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi istifadəyə veriləcək

Zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi istifadəyə veriləcək

10-12-2018
Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-01-2025
Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

06-01-2023
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb

24-02-2026
Diqlas-dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlanıb

Diqlas-dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlanıb

04-04-2019
KOBİA: "Azərbaycanda sahibkarların 99  faizdən çoxunu KOB-lar təşkil edir"

KOBİA: "Azərbaycanda sahibkarların 99 faizdən çoxunu KOB-lar təşkil edir"

27-06-2023
Azərbaycanda qadın sahibkarların sayı artmaqda davam edir

Azərbaycanda qadın sahibkarların sayı artmaqda davam edir

25-04-2023
KOBİA  indiyə qədər sahibkarlara nə qədər maliyyə ayırıb?

KOBİA indiyə qədər sahibkarlara nə qədər maliyyə ayırıb?

07-11-2022
KOBİA son vəziyyətlə bağlı “Volt Azərbaycan” şirkəti ilə görüşüb

KOBİA son vəziyyətlə bağlı “Volt Azərbaycan” şirkəti ilə görüşüb

16-08-2023
Nazirlikdə vətəndaş müraciətləri üzrə yeni portal yaradılacaq

Nazirlikdə vətəndaş müraciətləri üzrə yeni portal yaradılacaq

12-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə