Previous Next
Bağla

KOBİA: Süni intellekt üzərindən biznes bələdçisi alətinin yaradılması nəzərdə tutulur

24-10-2025 13:12
KOBİA: Süni intellekt üzərindən biznes bələdçisi alətinin yaradılması nəzərdə tutulur

Süni intellekt texnologiyaları gündən-günə nəinki iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə, hətta gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilir. Son illər bu texnoloji yeniliyin nəzərəçarpacaq inkişafı və qlobal miqyasda bütün sahələrə təsirləri göz önündədir.

Xeberler.az məlumat verir ki, bunu DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, yeni texnologiyaların sürətli inkişafı iqtisadi və sosial sektorlarda daha səmərəli qərarların qəbulunu sürətləndirir və süni intellektin analiz bacarıqları şirkətlərə və dövlət orqanlarına müştəri və vətəndaşların davranışlarını daha yaxşı anlamağa və buna uyğun strategiyalar hazırlamağa imkan verir. Bu baxımdan, beynəlxalq səviyyədə süni intellekt texnologiyaları ilə bağlı baş verən inkişaflardan və proseslərdən geri qalmaq bir müddət sonra iqtisadiyyatımız və bütövlükdə ölkəmiz üçün əhəmiyyətli çağırışlar və ciddi təhlükəsizlik riskləri yarada bilərdi: “Ona görə də artıq dövlət tərəfindən bu sahəyə diqqətin bir qədər də artırılmasına ehtiyac yaranmışdı və müvafiq addımlar da atıldı. “Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt Strategiyası”nın qəbul olunması buna əyani misaldır. KOBİA olaraq, proseslərdən kənarda qala bilməzdik və bu baxımdan, fəaliyyətimizi iki mühüm istiqamət üzrə qurmuşuq. Birinci istiqamət, süni intellektə əsaslanan həll yollarının daxili biznes proseslərimizə və KOB-lara yönələn xidmət alətlərinə inteqrasiya edilməsi ilə bağlıdır. Bu məqsədlə e-KOB evi portalı layihəsi çərçivəsində işlər aparılır. Rəqəmsal mühitdə süni intellekt üzərindən biznes bələdçisi alətinin yaradılması nəzərdə tutulur. Yaxın gələcəkdə, həmçinin KOB sektoru üzrə qiymətləndirmənin aparılması və daha effektiv strateji qərarların qəbulu üçün süni intellektə əsas biznes analitikası sisteminin inkişafı barədə düşünürük. Mövcud və inkişaf etməkdə olan süni intellekt alətləri vasitəsilə biznes analitikasının məzmunu sürətlə inkişaf edir. Biz də fəaliyyətimizin optimallaşdırılması və KOB sektorunun daha effektiv dəstəklənməsi üçün yeni dövrün resurslarından geniş şəkildə istifadə etməyi hədəfləyirik. İkinci istiqamət isə süni intellekt texnologiyalarının KOB sektorunda tətbiqinin təşviq edilməsi ilə bağlıdır. Bu istiqamət üzrə həm mövcud dəstək mexanizmləri çərçivəsində, həm də tərəfdaş qurumlar ilə birgə layihə və proqramlar vasitəsilə müvafiq tədbirlər həyata keçiririk”.

Orxan Məmmədov vurğulayıb ki, KOB sektorunun digər bir əhəmiyyətli rolu onun cəmiyyətin süni intellekt texnologiyalarına hazırlıq səviyyəsini və ondan istifadə bacarıqlarını artıra bilməsi ilə bağlıdır. “Mövcud son statistikaya əsasən ölkədə muzdlu işçi qüvvəsinin 44 faizi KOB sektorunda çalışır. Potensial müştəri bazasını da nəzərə alsaq, bu o deməkdir ki, KOB-lar geniş əhali kütləsinə çıxış və təsir imkanına malikdir. Düşünürəm ki, sektoral bölgüdən asılı olmayaraq, süni intellekt təşəbbüslərinin həyata keçirilməsi zamanı bu amilin nəzərə alınması vacibdir. KOBİA olaraq biz dövlət və özəl tərəfdaşlar ilə birgə fəaliyyətə hazırıq. Çünki fəaliyyətimizin ilk dövrlərindən KOB subyektləri davamlı və sistemli kommunikasiya kanalları yaratmışıq. KOBİA yanında Biznes Şuranın dəstəyi ilə sektoral müzakirələr keçirir, KOB dostları vasitəsilə regional görüşlər təşkil edir və daxili resurslarımız, eləcə də ixtisaslaşmış şirkətlər cəlb etməklə müxtəlif mövzularda sorğular aparırıq. Qeyd edilən alətlər yeni texnoloji həll yollarının hazırlanması və biznes sektoru üzrə kütləviliyin təmin edilməsi baxımından tərəfdaşlarımız üçün faydalı ola bilər. Bütövlükdə cəmiyyətin süni intellekt texnologiyaları üzrə transformasiyana effektiv şəkildə nail olmaq üçün ölkə üzrə bütün səylərin birləşdirilməsi vacibdir. Burada dövlət, özəl sektor, akademik dairələr və geniş ictimaiyyət arasında faydalı iş birliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırkı beynəlxalq konfrans da bir çox maraqlı tərəfləri bir araya gətirməklə unikal platforma rolunu oynayır", - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

24-10-2025

Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

30-09-2024

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023

Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023

Azərbaycanda "E-KOB Evi" yaradılır

04-12-2024

Orxan Məmmədov: "Azərbaycanın tikinti sektorunda 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir"

20-10-2023

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək

13-11-2025

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022

KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

09-10-2025

6 KOB subyekti aqrar sahə ilə bağlı startap şəhadətnaməsi alıb

24-11-2022

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024

KOBİA: Sürətli texnoloji dəyişikliklər kadr hazırlığında yeni strategiyalar tələb edir

28-11-2025

KOBİA: Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı ötüb

18-12-2025

E-KOB evi portalı test rejimində istifadəyə verilib

16-12-2024

KOBİA-nın sədr müavini sərfəli yatırım imkanları axtaran investorlara çağırış edib

17-11-2023

KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

20-09-2019

Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

16-11-2022

Kiçik və orta sahibkarların 7 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur

01-12-2022

Biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib

27-04-2022

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

06-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə