Previous Next
Bağla

KOBİA-nın sədr müavini sərfəli yatırım imkanları axtaran investorlara çağırış edib

17-11-2023 09:19
KOBİA-nın sədr müavini sərfəli yatırım imkanları axtaran investorlara çağırış edib

KOB subyektlərinə investisiyanın yatırılması sərfəli yatırım imkanları axtaran investorlar üçün cəlbedici seçim ola bilər.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda bildirib.

"Bir sıra aspektlər baxımından KOB subyektlərinin investisiya imkanlarına diqqət çəkmək istərdim. Bir çox hallarda, KOB-lar böyük şirkətlər ilə müqayisədə daha yüksək artım potensialı nümayiş etdirir. Kiçik bizneslər daha çevik olduğu və dəyişkən bazar mühitinə daha yaxşı adaptasiya ola bildiyi üçün, onlar asanlıqla böyüyə bilirlər. Bu baxımdan, yüksək gəlirlilik axtarışında olan investorlar üçün KOB-lar cəlbedici imkanlar təmin edir. Digər tərəfdən, KOB-lara investisiya yatırmaqla investorlar investisiya portfelini diversifikasiyası etmiş olur və vəsaitlərin bir sənaye sektoru və ya aktiv növünə konsentrasiya olunması ilə bağlı yarana biləcək riski azalda bilirlər. İnvestorlar kapitalı müxtəlif sektorlarda fəaliyyət göstərən kiçik bizneslərə yatırmaqla bazar volatilliyi ilə bağlı yarana biləcək mənfi təsirləri yumşalda və investisiya portfelinin sabitliyini artıra bilərlər", - deyə o qeyd edib.

Sədr müavininin sözlərinə görə, KOB-ların investorlar üçün təklif etdiyi imkanlardan biri də innovativ biznes modellərinə çıxış imkanıdır.

"Geniş innovasiya potensialına malik olan bu dinamik bizneslər çox vaxt müasir, yeni məhsul və xidmətlər yaradırlar. Bu baxımdan, investorlar KOB subyektlərinə investisiya yatırmaqla yeni bazar və texnologiyalara çıxış imkanı və uzunmüddətli dövr üçün artım perspektivi əldə etmiş olurlar. KOB-lara investisiya yatırmasını təşviq edən amillər sırasında, heç şübhəsiz, sosial məsuliyyəti də qeyd etmək lazımdır. KOB-lara investisiya yatırmaqla fərdi investor mənfəət əldə etməklə yanaşı, ölkənin iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına töhfə verir. KOB-lar əksər iqtisadiyyatların əsasını təşkil edir, məşğulluq və əlavə dəyərin yaradılmasında böyük paya malik olurlar. Bu bizneslərinin inkişafının dəstəklənməsi geniş anlamda iqtisadiyyata müsbət təsir göstərir. KOB subyektləri kənar investisiyaların cəlbi üçün imkanlar təmin etməklə yanaşı, özləri də biznes fəaliyyəti çərçivəsində ölkə iqtisadiyyatına investisiya yatırırlar" – deyə o əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

30-09-2024
Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023
KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

20-09-2019
KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023
KOBİA: "Azərbaycanda sahibkarların 99  faizdən çoxunu KOB-lar təşkil edir"

KOBİA: "Azərbaycanda sahibkarların 99 faizdən çoxunu KOB-lar təşkil edir"

27-06-2023
KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022
Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023
Vinicius Lages: KOB-lara borclarının qaytarılmasına dəstək olmağa çalışırıq

Vinicius Lages: KOB-lara borclarının qaytarılmasına dəstək olmağa çalışırıq

29-09-2025
Azərbaycanın nəqliyyat-logistika sektorunda 70 mindən çox KOB subyekti var

Azərbaycanın nəqliyyat-logistika sektorunda 70 mindən çox KOB subyekti var

02-06-2023
Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

16-11-2022
Bu il KOB-lar aqrar sektora 190 milyon manat investisiya qoyub

Bu il KOB-lar aqrar sektora 190 milyon manat investisiya qoyub

24-11-2022
Orxan Məmmədov: "Azərbaycanın tikinti sektorunda 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir"

Orxan Məmmədov: "Azərbaycanın tikinti sektorunda 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir"

20-10-2023
Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023
KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

09-10-2025
KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024
KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023
Azərbaycanda KOB-ların rəqəmsallaşma səviyyəsi qiymətləndiriləcək

Azərbaycanda KOB-ların rəqəmsallaşma səviyyəsi qiymətləndiriləcək

30-09-2024
Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar

Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar

13-11-2024
Azərbaycanda 120 KOB subyektinə Startap Şəhadətnaməsi verilib

Azərbaycanda 120 KOB subyektinə Startap Şəhadətnaməsi verilib

06-12-2023
6 KOB subyekti aqrar sahə ilə bağlı startap şəhadətnaməsi alıb

6 KOB subyekti aqrar sahə ilə bağlı startap şəhadətnaməsi alıb

24-11-2022
Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb

Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb

04-10-2024
E-KOB evi portalı test rejimində istifadəyə verilib

E-KOB evi portalı test rejimində istifadəyə verilib

16-12-2024
İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

01-12-2023
Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə