Kodları özündə saxlayan Google Code bağlanır

16-03-2015 / 19:13

2006-ci ildən bu yana developers-lər üçün kod saxlama xidməti təqdim edən Google Google Code adlı bu xidmətinin bağlanılacağını bildirib. Google Code platformasına artıq yeni bir layihə əlavə olunur.

Google Code 24 Avqust 2015 tarixinə qədər xidmət yazma və oxuma istəklərini yerinə yetirməyə davam edəcək, ancaq bu tarixdən etibarən yazma istəkləri də xaric olunacaq və yalnız oxuma rejimi çalışacaq. Xidmətin tamamilə bağlanma tarixinin isə 25 yanvar 2016-cı il olacağı bildirilir. Developers-lər 2016-ci ilin sonuna qədər yalnız mənbə kodları və sənədlərin arxivlərini yükləyə biləcəklər.

Verilən elanda developers-lər irəlidə problem yaşanmaması üçün mövcud olan layihələri digər kod saxlama xidmətlərində axtarmasını tövsiyə edib. Developers-lər özündə kod saxlama xidmətlərinin təqdim etdiyi di9gər vasitələrlə mövcud Google Code layihələrini yeni sahələrinə daşıya biləcəklər.

Developers-lər üçün Google Code-dan layihələrini öz xidmətlərinə köçürmə imkan təmin edən məşhur servislər arasında Github, Bitbucket və SourceForge ilk ağla gələnlərdəndir.

 

                                                                                            Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə